Şuşa və Laçında daha bir sosial layihə
27.01.2023 [10:30]
Günel ABBAS
Hazırkı dövr Azərbaycan üçün xüsusilə əlamətdar bir mərhələni təşkil edir. Ölkəmiz 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı Zəfərə imza ataraq ərazi bütövlüyünü təmin edib. Bu, respublikamız üçün mühüm çağırışlar deməkdir. Eyni zamanda, qlobal miqyasda da yeni trendlər müşahidə edilməkdədir. Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” bütün bu kimi yeni reallıqlar və amillər nəzərə alınmaqla hazırlanıb. Sənədlə ölkəmizin qarşıdakı illərdə keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf modeli müəyyənləşdirilib. Bu sosial-iqtisadi inkişaf modelinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələ 2022-2026-cı, ikinci mərhələ isə 2027-2030-cu illəri əhatə edəcək.
Güclü Azərbaycan dövləti qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunan ərazilərə Böyük Qayıdışını layiqli şəkildə təmin etmək əzmi nümayiş etdirir. Strategiyada Böyük Qayıdış üzrə strateji çərçivə müəyyənləşdirilib. İlkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq. Bəhs olunan strateji mərhələdə Azərbaycan dövlətinin gündəliyində dayanan əsas məsələlərdən bir? 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin olunmasıdır. Yaxın 10 il üçün belə bir prioritetin müəyyənləşdirilməsi isə heç də təsadüfi deyildir. Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində havadarlarının dəstəyi ilə ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin nəticəsində bir milyondan artıq insan öz doğma yurd yerlərini tərk etmək məcburiyyətində qaldı. On illər boyu tikib qurduqları mülklərini itirən həmin insanlar üç onillik ərzində çətin şəraitdə yaşadılar, qaçqınlıq, məcburi köçkünlük həyatına, məhrumiyyətlərə dözdülər. Bütün bunlara baxmayaraq, yurd yerlərinin nisgili onların qəlbindən heç vaxt çıxmadı. Həmin insanlar düz üç onillik ərzində doğma torpaqlarına - Şuşaya, Qubadlıya, Laçına, Füzuliyə, Zəngilana, Cəbrayıla və digər şəhər və kəndlərimizə qayıdacaqları günü səbirsizliklə gözlədilər. Dövlətimiz, Prezidentimiz də onlara daim ümid verdi. Müzəffər Ordumuzun Zəfəri sayəsində artıq doğma torpaqlara geri dönüş vaxtı gəlib çatıb.
Yeri gəlmişkən, bu ilin ikinci rübündə Laçın şəhərinə, Zabux və Sus kəndlərinə, həmçinin Şuşa şəhərinə 1400-dən artıq ailənin qayıdışının baş tutacağı barədə də məlumat verilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən “Yeni Azərbaycan”a bildirilib ki, Qayıdışın tez bir zamanda reallaşması üçün işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri gedir: “Aparılan sorğular nəticəsində məlum olub ki, məcburi köçkünlərin mütləq əksəriyyəti öz doğma yurdlarına qayıtmaq istəyir. Məcburi köçkünlərin fərdi məlumatları, məşğulluq imkanları öyrənilir, əldə edilmiş məlumatlar Dövlət Komitəsinin vahid elektron-məlumat bazasına daxil edilir. Ermənistanın işğal dövründə qeyri-qanuni məskunlaşdırma apardığı Laçın şəhəri, Zabux və Sus kəndləri boşadıldıqdan sonra, dövlətimizin başçısının tapşırığına əsasən, keçmiş məcburi köçkünlərin həmin yaşayış məntəqələrinə qayıdışa hazırlanması Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısında mühüm vəzifə kimi qoyulub. Bu vəzifələrin icrası üzrə işlər Dövlət Komitəsinin gündəlik fəaliyyətinin mühüm tərkib hissəsidir.
Tapşırığın icrası ilə əlaqədar olaraq, Dövlət Komitəsi respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri sakinləri arasında sorğu keçirib, doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlər görür, əhali arasında məlumatlandırma, təbliğat işləri aparır, köçürülmənin texniki-təşkilati məsələləri ilə məşğul olur.
Laçın şəhər, Zabux və Sus kənd sakinlərinin doğma yurda qayıdışı ilə bağlı komitə əməkdaşları tərəfindən keçirilən sorğu başa çatıb, kənd sakinlərinin böyük əksəriyyəti qayıtmaq niyyətində olduqlarını bildiriblər.
2023-cü ildə Laçın rayonun ilk sakinlərinin qayıdışı təmin ediləcək. Laçın şəhərinə 500 ailə, Zabux kəndinə 223, Sus kəndinə 73 ailənin qayıdışı həyata keçiriləcək. Bundan əlavə 450 ailə Şuşaya, 113 ailə isə Zəngilan rayonunun Ağalı kəndinə köçürüləcək. Köçürülmə mərhələli şəkildə icra ediləcək”.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmaq istəyən vətəndaşlar bunun üçün ərizə ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməli və hansı rayonda yaşamaq istədiyini bildirməlidir. Məcburi köçkünlərlə yanaşı, digər şəxslər də Qarabağda yaşamaq üçün ərizə verə bilərlər. Bərpa və quruculuq işləri tamamlandıqdan sonra mərhələli şəkildə insanların həmin ərazilərə yerləşdirilməsi baş tutacaq. Müraciətlərə baxılarkən ilkin olaraq məcburi köçkünlərin məskunlaşması baş tutacaq. İşğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq şəxslərə müavinətin verilməsi, məşğulluq probleminin həlli istiqamətində müəyyən güzəştlərin edilməsi də nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

