Çürük düşüncələrə qurban verilən qızlar - uşaq gəlinlər, ölən uşaq analar
10.02.2022 [11:37]
İlhamə RƏSULOVA
İki gündür bu xəbərin ağırlığından qurtara bilmirəm: Bakıda 15 yaşlı yeniyetmə övlad dünyaya gətirərkən can verib.
Prokurorluqdan verilən məlumata görə, mərhum 10 ay əvvəl 1993-cü il təvəllüdlü şəxslə ailə həyatı qurub, fevralın 4-də yaşadığı ünvanda ev şəraitində ölü döl doğduqdan sonra halının pisləşərək komatoz vəziyyətə düşməsi səbəbindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib və xəstəxananın reanimasiya şöbəsində ölüb. Prokurorluq əməkdaşları tərəfindən ana və övladının meyitlərinə baxış keçirilib və hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.
Ölümə səbəb uşağın uşaq dünyaya gətirməsidir
Eyni hadisə ötən il iyunun 1-də, Uşaqlar Günündə Ucarda qeydə alınmışdı. Tay-tuşları gülüb oynayarkən, əylənərkən, məktəbə hazırlanarkən zavallı bir bala doğum sancıları ilə qıvrıla-qıvrıla can vermişdi. Çox təəssüf ki, bu nə ilk idi, nə də son olacaq. Azərbaycan ailələrində nə qədər ki “qız yükü, duz yükü” deyiləcək, “qız kəkil çıxardı, birinə ver, başından elə, namus yükü çəkmə” kimi anlayışlar hökm sürəcək, ölən uşaq anaların siyahısı da uzandıqca uzanacaq. Öz streotiplərimiz öz balalarımızı öldürür.
Bəs valideynləri qızlarının cəlladı olmağa itələyən səbəblər nədir?
Təhlillər göstərib ki, çox vaxt buna ata-anaların qızlarını cinsi təcavüz və zorakılıqdan qoruma düşüncəsi yol açır. Bəzi valideynlər erkən nikahların qızlarını cinsi istismardan qoruya biləcəyinə inansa da, BMT araşdırmaları göstərib ki, 18 yaşına çatmadan ailə quran qızlar yetkin yaşda nikaha girənlərə nisbətən daha çox şiddətə məruz qalırlar.
Ailənin maddi vəziyyəti, kasıblıq, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi kimi düşüncələr də erkən nikahların qurulmasının əsas səbəblərindəndir. Əksər hallarda bu, valideynlərin seçimi olur, qızların fikirlərinə önəm verilmir.
Kənd yerlərində qızlarının işlə təmin olunmasındakı çətinliklər, sərt davranış qaydaları, köhnəlmiş ənənələr məcburi nikaha cəlb olunma hallarına müdaxilə etməyi çətinləşdirir.
Bəzən də kənd yerlərində kişilərin əmək miqrasiyası qadınlar arasında ailə qura bilməmək qorxusuna səbəb olur, nəticədə “qarımış qız” damğasındansa uşaq gəlin olmağa üstünlük verirlər.
Dövlət Statistika Komitəsinin saytında yerləşdirilmiş məlumata əsasən, 2007-2021-ci illərdə Azərbaycanda 28 minə yaxın qız nikah yaşına çatmadan evləndirilib. Real vəziyyətin rəsmi rəqəmlərdə göstəriləndən daha acınacaqlı olduğu aydındır.
Statistik məlumatlara görə, ölkəmizdə 18 yaşadək erkən nikaha girən qadınların 38,9 faizi şəhər, 61,1 faizi isə kənd yerlərində qeydə alınıb. Erkən nikaha daxil olan qadınların 37,4%-i öz istəyi ilə, 25,9%-i valideynlərinin təzyiqi altında, 10,7%-i ailədə maddi vəziyyətin çətin olmasına görə, 7,9%-i ərinin maddi cəhətdən varlı olmasına görə, 6,4%-i qaçırıldığına və 1,6 %-i hamilə olduğuna görə bu aqibətlə üzləşib. 16 yaşda öz istəyi ilə, 15 yaşda hamilə olduğuna görə erkən nikaha daxilolma hallarının xüsusi çəkisi daha yüksək olub. Qaçırılma halları 15 və 17 yaşlılar arasında daha çox baş verib.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa, həmçinin 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyaya görə, tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı baş verir. BMT-nin Uşaq Fondunun (UNICEF) araşdırmalarına görə, hər il 16 milyon yeniyetmə qız hamilə qalır, bunlardan təxminən 50.000 nəfəri həyatını itirir.
BMT-nin Uşaq Fondunun təklifi ilə Azərbaycan qanunvericiliyində 2011-ci ildən qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb. Ümumiyyətlə, 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyada müəyyənləşdirilmiş son həddir.
Daha bir statistikaya diqqət çəkmək istərdim. Erkən ərə gedən qızların valideynlərinin böyük əksəriyyəti ya işsiz, ya da aztəminatlıdır.
“Erkən nikaha daxil olan qadınların atalarının əksəriyyəti kənd təsərrüfatı işçisi - 31,9%, fəhlə - 17,0%, nəqliyyat işçisi - 9,6%, analarının - evdar qadın - 53,7 %, kənd təsərrrüfatı işçisi -17,9%, ərləri isə - kənd təsərrüfatı - 21,1%, ticarət - 14,1% nəqliyyat - 9,9% və tikinti - 7,2% sahələrində məşğul olmuş, eləcə də fəhlə - 13,1%, fermer - 7,3 % və işsiz - 7% olub”, - deyə statistik məlumatlarda bildirilir.
Həyatın acısını, isti-soyuğunu dadmış bu insanlar maddi çətinliklərdən çıxış yolunu özləri kimi yeni qurbanlar verməkdə görürlər. Erkən nikahların, evliliyə hazır olmadan qurulan ailələrin fəsadları özünü dərhal deyil, illər sonra göstərir. Təhsilsiz, dünyagörüşü olmayan, iqtisadi cəhətdən gücsüz olan bir ananın yetişdirdiyi övlad cəmiyyətin sərt tələblərinə nə dərəcədə ayaq uydura biləcək? Yaşaya biləcəkmi, böyüyüb kim olacaq?
Bu məsələdə mən heç bir dövlət qurumunu ittiham edə bilmərəm. Valideyn özü maariflənməli, düşünməlidir. Ər-arvad ailəni idarə etməyə maddi və əqli baxımdan hazır olmayanda bu ailələrdə dünyaya gələn uşaqların çoxu kriminal dünyanın ovuna çevrilir: narkomanlar, səfillər, dilənçilər, qatillər, atılmışlar, cinayət qurbanları...
Bu gün “qız yükündən” qurtulmaq istəyən ata-ana doğma balasını dirigözlü oda atdığının, ona ən yaxşı halda öz taleyini təkrarlatdığının fərqində deyil. Səhvi səhvlə düzəltmirlər. Susamış adam su yoxdursa, zəhər içmir.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58

