/ / Milli Məclisdə Azərbaycan və Türkiyə bələdiyyələri arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
Milli Məclisdə Azərbaycan və Türkiyə bələdiyyələri arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
03.09.2021 [09:06]
Sentyabrın 2-də Milli Məclisdə Aqrar siyasət və Regional məsələlər komitələrinin üzvləri Türkiyə Bələdiyyələr Birliyinin xətti ilə ölkəmizə səfərə gələn Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinin sədri Hayrettin Güngörün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qonaqları salamlayaraq ölkələrimiz və xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərindən, gündən-günə genişlənən əməkdaşlıq əlaqələrindən söz açıb. Ötən payız 44 günlük Vətən müharibəsi dövründə Türkiyə xalqının və dövlətinin verdiyi mənəvi-siyasi dəstəyin Azərbaycanda çox yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan-Türkiyə birliyi dünyaya nümunədir.
Görüşdə nümayəndə heyətinin başçısı, Türkiyə Tarixi Şəhərlər İttifaqının və Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinin sədri Hayrettin Güngör səfərin məramını açıqlayıb. Bildirib ki, məqsəd yerli özünüidarə sahəsində təcrübə mübadiləsi aparmaq, əməkdaşlığı dərinləşdirmək və mövcud perspektivləri müzakirə etməkdir.
Hayrettin Güngör Türkiyədə yerli özünüidarə qurumlarının təcrübəsindən də söz açıb, əməkdaşlığa dair bir sıra təkliflərini deputatların diqqətinə çatdırıb.
Sonra Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev avqustun sonlarında Ankarada keçirilmiş şəhər bələdiyyələrinin tədbirində iştirakları barədə məlumat verib. Türkiyə təcrübəsinin öyrənilib ölkəmizdə tətbiq edilməsi istiqamətində atılan addımlardan danışıb.
Görüşdə Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev, deputatlar Azər Badamov və Kamran Bayramov ölkələrimizin bələdiyyələri arasında əməkdaşlığı yüksək səviyyəyə çatdırmağın vacibliyindən danışıblar. Vaxtaşırı həyata keçirilən təcrübə mübadiləsinin çox əhəmiyyətli olduğunu qeyd ediblər. Soydaşlarımız işğaldan azad olunmuş torpaqlara qayıtdıqca o bölgələrdə bələdiyyə institutunun inkişafında Türkiyə bələdiyyələrinin mühüm rol oynaya biləcəyini vurğulayıblar.
Nümayəndə heyətinin üzvlərindən Şırnak bələdiyyəsinin sədri Mehmet Yarka və Yozqat bələdiyyəsinin sədri Celal Köşe Azərbaycanın Vətən müharibəsindəki Zəfərindən qürur duyduqlarını bir daha vurğulayaraq bələdiyyələr arasındakı əməkdaşlığın səmərəli olacağına inam ifadə ediblər.
Söhbət zamanı Tahir Rzayev qonaqlara Milli Məclisin strukturu, ölkəmizdə bələdiyyə institutunun təşəkkülü və inkişaf tarixi, yerli özünüidarəetmə qurumlarına dair qanun yaradıcılığı, dövlətin bələdiyyələrə qayğısı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın işi və digər məsələlər barədə ətraflı məlumat verib.
Geniş fikir mübadiləsinin aparıldığı görüşdə Milli Məclisin deputatları Aydın Hüseynov, Emin Hacıyev və Səbinə Xasayeva, Türkiyə Bələdiyyələr Birliyi Baş katibinin müavini Kayhan Özüm və qurumun əməkdaşı Yunus Biçer, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak ediblər.
Xəbər lenti
Hamısına baxElm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44

