/ / Azad olunmuş ərazilərdə ətraf mühitə və təbii sərvətlərə vurulmuş zərərlə bağlı qiymətləndirmələr aparılıb, araşdırma materialları Baş Prokurorluğa təqdim edilib
Azad olunmuş ərazilərdə ətraf mühitə və təbii sərvətlərə vurulmuş zərərlə bağlı qiymətləndirmələr aparılıb, araşdırma materialları Baş Prokurorluğa təqdim edilib
31.08.2021 [09:48]
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin Şuşa və Ağdam nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.
İclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində hərbi-siyasi, sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli ilə bağlı Fəaliyyət Planı” üzrə ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda aparılan kompleks monitorinqlər, o cümlədən transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi və radioekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə aparılan monitorinqlər haqqında qrup üzvlərinə məlumat verilib. Həmçinin Fəaliyyət Planının icrası ilə bağlı aidiyyəti qurumların nümayəndələri tərəfindən məlumatlar verilmiş, tədbirlərin icrası zamanı qarşıya çıxan məsələlərin həlli istiqamətində müzakirələr aparılıb.
Ətraf mühitə və təbii sərvətlərə vurulmuş zərərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunvericiliyə uyğun qiymətləndirmələr aparılıb və Zəngilan, Qubadlı, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Tərtər rayonları və Şuşa şəhəri üzrə araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib.
Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğaldan azad edilmiş rayonların ərazisindən keçən çayların müəyyənləşdirilmiş nöqtələrindən davamlı olaraq su və dib çöküntüsü nümunələrinin götürülməsi işlərini aparır. Həmin nümunələr üzrə təhlillər aparılır və çirkləndiricilərin dinamikası hazırlanır. Transsərhəd çaylarda aparılan monitorinqlər zamanı Şərqi Zəngəzur ərazisində Oxçuçaydan götürülmüş su nümunələrində ağır metalların (mis, molibden, manqan, dəmir, sink, xrom və s.) miqdarı normadan on dəfələrlə çox qeydə alınır. Hazırda Oxçuçayda dib çöküntülərindən müxtəlif səviyyələrdən götürülmüş nümunələr üzrə qiymətləndirmə aparılır.
İclasda, həmçinin yanacaq tələbatının meşə oduncağı hesabına tam ödənilməsi mümkün olmadığı üçün digər alternativ yanacaqlardan istifadəyə üstünlük verilməsi ilə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, hazırda ölkəmizdə tullantı materiallarından (fındıq qabığı, kənd təsərrüfatı məhsullarının istehsalından yaranan tullantılar və s.) briketləşmiş kömür istehsalı getdikcə genişlənir. Həmin yanacaq növündən istifadə əlavə xərclərə (nəqliyyat, yanacaq, əl əməyi, vaxt, daşınma üstünlüyü, istilikverməyə görə oduncaqdan üstün olması və s.) qənaət etməklə yanaşı, xüsusi əhəmiyyətli meşələrimizə təzyiqi azalda bilər.
Qeyd olunanları nəzərə alaraq aidiyyəti qurumlar tərəfindən yanacaq kimi meşə oduncağı əvəzində alternativ yanacaq növlərindən istifadə olunması istiqamətində işlər planlaşdırılır.
Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

