/ / Səfir: Azərbaycan dövlətinin yanğınların söndürülməsinə göstərdiyi dost və qardaş dəstəyi təqdirəlayiqdir
Səfir: Azərbaycan dövlətinin yanğınların söndürülməsinə göstərdiyi dost və qardaş dəstəyi təqdirəlayiqdir
04.08.2021 [08:44]
Avqustun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qardaş ölkənin səfirini Azərbaycandakı təyinatı münasibətilə təbrik edən Mübariz Qurbanlı hər sahədə yüksəksəviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə münasibətlərinin daim gücləndiyini, eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olan iki ölkənin xalqları arasında əlaqələrin daim inkişaf etdiyini diqqətə çatdırıb. O bildirib ki, Türkiyə-Azərbaycan arasında tarix boyu formalaşmış qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, bütövlükdə türk-İslam dünyasının mədəni-mənəvi vəhdətinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi yolunda iki ölkə hər zaman səy göstərib və göstərməkdə də davam edəcək.
Son günlər Türkiyənin bir sıra regionlarını əhatə edən yanğınlara görə dərin kədər və üzüntüsünü dilə gətirən M.Qurbanlı bu çətin günlərdə də Azərbaycanın qardaş Türkiyənin yanında olduğunu deyib, həlak olanların doğmalarına başsağlığı verib.
Komitə sədri 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdə - Azərbaycanın haqlı mübarizəsində də Türkiyənin həmişə olduğu kimi, xalqımızı yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etməsini, “bir millət, iki dövlət” prinsipinə sadiq olaraq müharibə dövründə həm mənəvi, həm də siyasi müstəvidə ölkəmizin yanında olmasını yüksək qiymətləndirib.
Eyni zamanda, görüş zamanı Dövlət Komitəsinin sədri dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi barədə məlumat verib.
Səfir də öz növbəsində Dövlət Komitəsinin sədrinə səmimi təbriki üçün təşəkkür edib. O, Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərindən, bu əlaqələrin sağlam və davamlı inkişafından danışaraq bildirib ki, fəaliyyət göstərəcəyi müddət ərzində bu əlaqələrin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcək. Son günlər Türkiyədə baş verən meşə yanğınlarına toxunan Cahit Bağçı Türkiyənin güclü dövlət olduğunu və bu sınaqdan üzüağ çıxacağını, Azərbaycan dövlətinin yanğınların söndürülməsinə ilk günlərdən göstərdiyi dost və qardaş dəstəyinin təqdirəlayiq olduğunu vurğulayıb.
Səfir eyni zamanda, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və iki ölkə arasında tarixi Şuşa Bəyannaməsinin imzalanmasının əhəmiyyətinə toxunub.
Dövlət Komitəsinin fəaliyyəti barədə danışan səfir bu sahədə ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Görüşün sonunda səfirə Dövlət Komitəsinin nəşr etdirdiyi Azərbaycanın multikultural və milli-mənəvi dəyərlərindən bəhs edən kitablar hədiyyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

