Baş infeksionist vətəndaşları bayram günlərində diqqətli olmağa çağırıb
18.07.2021 [09:16]
“Qurban bayramı ilə əlaqədar vətəndaşlar arasında artacaq təması nəzərə alaraq, kütləvi toplanış yerlərində tibbi maskadan istifadə etmək, sosial məsafəni qorumaq, ümumiyyətlə, bütün gigiyena qaydalarına əməl etmək lazımdır”. Bu fikri açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Baş infeksionist “hazırda ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə yoluxma sayı yüksək olmasa da, nəzərə almaq lazımdır ki, daha aqressiv və yoluxuculuğu yüksək olan “delta” ştamı Azərbaycanda da qeydə alınıb”, - deyə bildirib. Onun sözlərinə görə, ölkədə pandemiya ilə bağlı hazırkı tarazlığı uzunmüddətli qabaqlayıcı tədbirlər nəticəsində əldə etmək mümkün olub: “Vətəndaşların könüllü olaraq vaksinasiyada iştirak etmələri səhiyyə orqanlarının pandemiya ilə mübarizəsini asanlaşdırır”.
T.Eyvazov vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatının təsdiqlədiyi peyvəndlər COVID-19-un yeni ştamlarına qarşı da effektivdir: “Pandemiyadan qurtulmağın yeganə və ən effektiv yolu vaksinasiyadır. Vətəndaşları vaksinasiyada könüllü iştirak etməyə, bayram günlərində, ümumiyyətlə, yay aylarında daha məsuliyyətli və diqqətli olmağa çağırıram”.
COVID-19 infeksiyasının “delta” ştamının “alfa” (Britaniya) ştamından 2 dəfə çox yoluxucu olduğunu deyən baş infeksionist Təyyar Eyvazov bildirib ki, “delta” ştamı ilə yoluxan bir xəstə 5-6 nəfəri yoluxdura bilər: “Bu, “alfa” ştamının yoluxuculuğundan 2 dəfə çoxdur. “Delta” ştamının inkubasiya dövrü qısadır. Klinik əlamətlərdə də bir sıra fərqlər mövcuddur. “Delta” ştamı digər respirator virus xəstəliklərinə daha çox oxşayır, əsasən baş və boğaz ağrıları ilə müşahidə olunur. Bəzən mədə-bağırsaq pozuntusunun da olduğunu qeyd edirlər. “Delta” variantı ilə yoluxduqdan bir müddət sonra xəstədə klassik koronavirusdan daha çox ağırlaşmanın olması yalnız müşahidələrdir. Bununla bağlı hələlik dəqiq məlumat yoxdur. Onu da qeyd edim ki, peyvənd olunmayanlar xəstəliyi ağır keçirə bilərlər. Peyvənd koronavirusdan 100 faiz qorumasa da, yoluxma baş verdikdə xəstəlik ağır keçmir”.
Mütəxəssis, həmçinin bildirib ki, COVID-19 infeksiyası əleyhinə vurulan ikinci dozadan 6 ay keçdikdən sonra vaksinin 3-cü dozasının vurulması da məsləhətdir: “İkinci doza vaksin vurdurandan bir müddət sonra insanda yaranmış immunun cavabı zəifləyə bilər. Zəifləmə prosesi 6 ay və ya daha çox davam edə bilər. Bu, həmin şəxsdə peyvənddən sonra yaranan immunitetdən asılıdır”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25

