Yay mövsümündə bakterial infeksiyalardan necə qorunmaq lazımdır?
14.07.2021 [08:44]
Yaz-yay mövsümündə bakterial infeksiyalara daha çox rast gəlinir. Kəskin bağırsaq infeksiyaları da (KBİ) daha çox yay aylarında və payızın əvvəlində özünü büruzə verir. Mütəxəssislərin sözlərinə görə, hər il yay fəslində bu xəstəliklə bağlı müraciət edənlərin sayında artım müşahidə olunur. Bəs yay mövsümündə bakterial infeksiyalardan necə qorunmaq lazımdır?
Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, yoluxucu xəstəliklər üzrə mütəxəssis Elza Orucova bildirib ki, kəskin bağırsaq infeksiyaları infeksion xəstəliklər arasında respirator infeksiyalardan sonra 2-ci yeri tutan geniş yayılmış patologiyadır: “Hər il 500 milyon nəfər bu xəstəlikdən əziyyət çəkir. İnfeksiya mənbəyi xəstə şəxs və ya infeksiya daşıyıcılarıdır”.
E.Orucovanın sözlərinə görə, həm böyüklər, həm də uşaqlar bu xəstəliyə yoluxa bilərlər: “KBİ uşaqlarda və yaşlı şəxslərdə ağır keçir. Adətən, 1-7 yaş arası uşaqlar bağırsaq infeksiyasına yoluxurlar. Bağırsaq infeksiyalarının yayılması əhalinin məişət xüsusiyyətləri və sanitar mədəniyyətinin səviyyəsi ilə sıx bağlıdır. Xəstələr üçün bağırsaq problemini yaxın insanlarla belə müzakirə etmək xoşagəlməzdir. Hətta çoxları bu barədə həkimlə danışmaqdan belə utanırlar”.
Həkim vurğulayıb ki, bu infeksiyaların qarşısını almaq üçün sadə gigiyena qaydalarına riayət etmək kifayətdir: “İnfeksiya, adətən, qida, su, çirkli əllər və toxunma-məişət yolları, fekal-oral yollarla keçir. Ən təhlükəli yoluxma faktorları isə krant suyu, yuyulmamış meyvələr, çiy tərəvəzlər, salatlar, pasterizə olunmamış süd və süd məhsulları, çiy ət, dəniz məhsullarıdır”.
“Bu qrup infeksiyaların yüksək hərarət, ürəkbulanma və qusma, qarın ağrıları, ishal, bağırsaqda qaz yaranması (meteorizm) kimi simptomları xarakterikdir. Bağırsaq infeksiyaları yüngül mədə-bağırsaq pozuntusundan ağır vəziyyətə qədər bir neçə saat ərzində orqanizmin tam susuzlaşması ilə ölümlə nəticələnə bilər. Qusma və ishaldan qorxmaq lazım deyil, belə ki, orqanizm daxilə düşən zəhərlərdən qorunur və xilas olur. Ona gorə xəstəliyin birinci günü qusma və ishala qarşı hər hansı bir dərman vasitəsini qəbul etmək tövsiyə olunmur. Antibiotiklərin qəbulunun zəruriliyi barədə yalnız həkim qərar verə bilər”, - deyə mütəxəssis söyləyib.
“Çirkli əllərin xəstəliyi” adlanan bu infeksiyalardan qorunmaq üçün ancaq qaynanmış su içmək, yeməkdən əvvəl əlləri yumaq, meyvə və tərəvəzi qaynar su ilə durulamaq, qabığı zədəli olan, korlanmış, yumşalan meyvələri yeməmək lazımdır: “Bununla yanaşı, ərzaqları, xüsusən də ət, toyuq, yumurta və dəniz məhsullarını qaynatmaq, qızartmaq gərəkdir. Tez xarab olan ərzaq məhsulları soyuq şəraitdə saxlanılmalıdır. Soyuducuda belə olsa, qidanı uzun müddət saxlamaq olmaz. İstifadə müddəti bitmiş və soyuq şəraitdə saxlanılmayan ərzaq məhsullarından istifadə etmək tövsiyə olunmur. Bişirilən yeməyi otaq tempraturunda iki saatdan artıq saxlamaq yolverilməzdir. Eləcə də qarpız və yemişi tam almaq lazımdır. Həmçinin çimərliklərə gedərkən ancaq bu məqsəd üçün ayrılmış yerlərdən istifadə edilməlidir. Su hövzələrində və hovuzda çimərkən ağıza su damcısının düşməməsinə diqqət yetirilməlidir. Bu adi qaydalara riayət etməklə infeksiyalara yoluxmaqdan xilas olmaq mümkündür”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

