/ / “Vaksin vurdurmaq hər kəsin özünü və ətrafındakıları COVID-19-dan qoruması üçün ən yaxşı üsuldur”
“Vaksin vurdurmaq hər kəsin özünü və ətrafındakıları COVID-19-dan qoruması üçün ən yaxşı üsuldur”
03.07.2021 [09:40]
Azərbaycan dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksini əldə edən və istifadəyə başlayan ilk ölkələrdən biri oldu. Vaksinasiya prosesində müsbət dinamika hazırda da özünü göstərməkdədir. Ölkəmizdə vaksinasiya sahəsində aparılmış uğurlu siyasət nəticəsində artıq vətəndaşların 4 növ vaksin seçimi var. Mütəxəssislərin fikrincə, vaksinlərin hər biri təhlükəsizdir, istifadəyə tam yararlıdır.
TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, həkim-infeksionist Süleyman Kamilov deyib ki, ölkədə yeni növ koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri davam etdirilir: “Peyvənd çeşidləri genişləndirilib. Sərt karantin qaydalarının tətbiq edilməsi, vaksinasiya prosesinin sürətli və təlimatlara uyğun aparılması nəticəsində yoluxma sayında çox ciddi azalmalar müşahidə edilir. Bütün bunlara baxmayaraq, arxayınlaşmaq olmaz. Çünki kollektiv immunitet qazanmaq üçün ölkə əhalisinin ən azı 60 faizi peyvəndləmədən keçməlidir. Vaksin vurdurmaq hər kəsin özünü və ətrafındakıları COVID-19-dan qoruması üçün ən yaxşı üsuldur”.
Həkim-infeksionist bildirib ki, pandemiyanın başa çatması üçün vətəndaşlar ya virusa yoluxub xəstəliyə qarşı immunitet qazanmalı, ya da vaksinasiyadan keçməlidirlər: “Xəstəliyi hər kəs eyni formada keçirmədiyi üçün birinci hal təhlükəlidir. Risk qrupunda olan şəxslər koronavirusu ağır keçirirlər. Ona görə vaksinasiya prosesi daha ümidverici və güvənlidir. Həmçinin nəzərə almaq lazımdır ki, peyvəndləmə dünyada ilk dəfə koronavirus üçün tətbiq edilməyib. Yəni vaksinasiya prosesi ilə bağlı kifayət qədər təcrübəyə sahibik. Milli peyvənd təqviminə əsasən, uşaqlara kiçik yaşlarından etibarən virus infeksiyaları əleyhinə 11 peyvənd vurulur. Bütün vətəndaşlara tövsiyə olunur ki, tətbiq edilən yumşalmalara baxmayaraq, fərdi mühafizə vasitələrindən istifadə etsinlər və sosial məsafə saxlasınlar”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50

