/ / Baş Prokurorluq jurnalistlərin Kəlbəcər rayonunda şəhid olduqları mina partlayışı ilə əlaqədar məlumat yayıb
Baş Prokurorluq jurnalistlərin Kəlbəcər rayonunda şəhid olduqları mina partlayışı ilə əlaqədar məlumat yayıb
08.06.2021 [08:59]
Azərbaycan Respublikasının Baş Prokurorluğu içərisində jurnalistlərin və dövlət qurumlarının əməkdaşlarının olduğu nəqliyyat vasitəsinin Kəlbəcər rayonu ərazisində minaya düşməsi ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib: “Xəbər verildiyi kimi, 2021-ci il iyunun 4-də media və dövlət qurumlarının əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşməsi nəticəsində 3 nəfərin həlak olması və 4 nəfərin xəsarət alması faktı ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanıb.
Təəssüf hissi ilə bildiririk ki, bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində hadisənin baş verməsi ilə əlaqədar əsassız və dəqiqləşdirilməmiş məlumatlar yayılmaqdadır.
Odur ki, Baş Prokurorluq hadisənin başvermə səbəbləri və mexanizmi barədə aşağıdakıları qeyd edir:
Aparılmış ilkin istintaqla müəyyənləşdirilib ki, hadisənin baş verdiyi əraziyə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarəti tam təmin edildiyindən işğaldan azad olunduqdan sonra oraya düşmənin təxribat qruplarının sızması və orada mina basdırması istisna edilir.
Hadisə yerinə mütəxəssislərin iştirakı ilə keçirilmiş baxış zamanı 240x230 sm ölçülərində 97 sm dərinliyində çuxur və yararsız hala düşmüş “Kamaz” markalı sərnişin avtomobili aşkarlanıb.
Hadisənin başvermə səbəblərinə gəldikdə isə partlayış sahəsinin ölçülərinə və partlayış yerinin görünüşünə görə 60-97 sm dərinliyində basdırılmış tank əleyhinə bir mina olub. Partlayış yerində minanın heç bir qalığının aşkarlanmaması ilə müəyyən edilir ki, partlayış zamanı istifadə olunan mina plastmas, parça və ya korpussuz tipli tank əleyhinə minaya aid olub, fuqas (zirehdələn) tipli, tank və zirehli texnikaların tırtılına qarşı istifadə olunmaqla yollarda və texnikaların hərəkət edə biləcəyi yerlərdə qurulması üçün nəzərdə tutulub.
Partlamış minanın tank əleyhinə TM-62P2, TM-62P3, TM-62T və ya TM-62B tipli (eyni qrupa daxil olan) mina olması və üzərindən avtobusun keçməsi nəticəsində minanın işə düşməsi (partlaması) ehtimal edilir.
Həmçinin müəyyən edilib ki, erməni qanunsuz silahlı birləşmələri işğal zamanı həmin yoldan döyüş mövqelərinin təminat yolu kimi istifadə ediblər, Kəlbəcər rayonunu tərk edən zaman isə geri çəkildikləri həmin əraziləri minalayıblar.
Cinayət işi üzrə istintaq davam edir, gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

