Bütün ümidlərin nicatı insanın insana sevgisindədir
02.06.2021 [09:14]
Sevgi ilahi bir nemətdir. Hər şeydən daha yüksəkdə duran elə bir qüvvədir ki, onsuz dünya mövcud ola bilməz. Dünyanın taleyi, bütün ümidlərin nicatı isə insanın insana sevgisindədir. Əslində, bu, özü bir gözəllikdir.
Belə bir məşhur deyim də var: gözəllik dünyanı xilas edəcək. İnsanların qəlbi gözəllik işığı ilə nurlananda, insan ruhu gözəlliyə tapınanda insan özü bir varlıq, yaradıcı bir qüvvə kimi dəyişəcək. Gözəllik pərəstişkarı olan xeyirxah insanlardan ibarət cəmiyyət özü gözəl, kamil və ədalətli olacaqdır. Düşünürəm ki, məhz bu gözəlliyin sirri də insan sevgisindədir.
A.Çexov gözəllik haqqında belə söyləyirdi: “İnsanın hər şeyi gözəl olmalıdır: üzü də, paltarı da, qəlbi də, fikirləri də”. Mənim düşüncəmə görə, bütün insanlar gözəldirlər, gözəl olmayan insan yoxdur. Ən azından ona görə ki, insan Tanrı yaranışıdır. Tanrı yer üzünün əşrəfi olaraq məhz insanı seçmişdir və eyni zamanda, heç kəsə xüsusi üstünlük vermədən. O, bizi bu dünyaya çılpaq göndərir. Bu dünyadan köçəndə də eyni ilə heç nə apara bilmirik. Bəs səbəb nədir ki, yaşadığımız müddətdə təbəqələşməyə, üstün olmağa, digərlərindən seçilməyə çalışırıq? Axı, Tanrı aramızda heç bir fərq qoymur. Axı, hamımız Tanrının ruhundan pay almışıq. Axı, bütün dinlər, müasir dövlətlər, mütərəqqi qanunlar, hər bir xalqın yaddaş əxlaqı insanlar arasında fərq qoymur. Bütün xalqların mədəniyyətlərində, tapındığı dinlərdə insandan ağıllı olmaq, vicdanlı (ədalətli), iradəli olmaq, səbirli olmaq tələb olunur. Sadalanan bu 4 komponent insanı kamilliyə aparan yola dəvət edir. Bunlar bir-biri ilə sıx bağlıdır, biri olmazsa, nizam pozular. Məsələn, insan iradəli, ağıllı, vicdanlı olmadığı təqdirdə çox səbirsiz olur, vicdanlı, ədalətli olmadan doğru qərar vermək çətindir və s. Deməli, səbəblərdən biri insanın səbirsiz olmasıdır.
İnsan istəyir ki, hər şeyə tez nail olsun, dünən ağac əkibsə, bu gün meyvə dərsin, 5 yaşlı övladı elə uşaq yaşında özünü ən mədəni və müdrik insan kimi aparsın. Dediklərimizə əxlaq amilini də əlavə etsək, yanılmarıq. Məlumdur ki, hər insan uşaqlıqdan müəyyən bir tərbiyə mərhələsi keçir və zamanla bilik, bacarıq və qabiliyyəti çərçivəsində şəxsiyyət kimi formalaşmağa başlayır. İlkin tərbiyənin insanın sonrakı həyatında mühüm rolu var. Eyni zamanda, bu bir baza rolunu oynayır və gələcək həyatımıza “yaxşı” və ya “pis” toxumlarını səpir. Əgər insan ağıllı və vicdanlıdırsa, əxlaqını inkişaf etdirib gözəlləşdirə bilibsə, deməli, “yaxşı” toxumlar öz nəticəsini verib. Amma təsadüflərə nə qədər inanmasam da, təsadüfləri də nəzərə almalıyıq. Əks təqdirdə, balans pozulur. Bir çox hallarda insanlar arasında balansın pozulmasına insanın təvazökar, xoşniyyətli olması da təsir edir. Çünki insanların çoxu bu xüsusiyyətlərdən mümkün qədər istifadə etməyə çalışır. Məsələn, düşünəcək ki, belə insanın qarşısındakı öhdəliyi pozsam, o, öz mədəniyyətinə sığınacaq, mülayim davranacaq, vəziyyəti idarə edərək hərəkətimə xoşluqla, təmkinlə qarşılıq verəcəkdir. Maraqlısı isə odur ki, həmin insanlar onlara qarşı davamlı olaraq pis davranan, təkəbbürlü, qürurlu, ədalətsiz, kinli və qərəzli şəxslərə qarşı isə hörmətcil olurlar. Bu insanlara qarşı ən kiçik bir qüsur etməkdən çox çəkinir, belə bir vəziyyətin olmaması üçün əllərindən gələni edirlər. Demək olar ki, belə insanların bir sözünü iki etmirlər və onların gözünə girməyə çalışırlar. Dünya belə gəlib, belə də davam edəcək.
Amma yer üzündə rahatlıq, əmin-amanlıq, hamının arzuladığı xoşbəxtliyə qismən olsa da, çatmaq üçün insanlar arasında sevgiyə, mərhəmətə ehtiyac var. Təbii ki, hər bir insan düşüncəsinin, ruhunun gözəlliyi nisbətində sevgini anlayır və yaşayır. Sənin nə qədər çox seviləcək və hörmət ediləcək xüsusiyyətin varsa, insanlar səni bir o qədər sevirlər, sevilib hörmət ediləcək xüsusiyyətlərinə qarşı isə nə qədər həssaslıq varsa, sən insanlardakı gözəllikləri o nisbətdə görə və sevə bilərsən. Tanrı insanı sevmək və sevilmək üçün yaratmışdır. Bütün insanları sevmək lazımdır.
Bu mövzunu ən çox sevdiyim mütəfəkkir Hüseyn Cavidin insana sevgi aşılayan şeirindən bir parça ilə tamamlayıram.
- Bu dünyada sənin ən çox sevdiyin kimdir, quzum, söylərmisən?
- Ən çox sevdiyim ilkin O Allah ki, yeri-göyü, insanları xəlq eylər.
- Sonra kimlər?
- Sonra onun göndərdiyi elçilər.
- Başqa sevdiklərin nasıl, yoxmu?
- Var...
- Kimdir onlar?
- Anam, babam, müəlliməm, bir də bütün insanlar...
Sadiq QURBANOV
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

