Tofiq Cahangirov: Əhalinin kütləvi şəkildə vaksinasiyaya cəlb olunması vacibdir
18.05.2021 [09:16]
Bəşəriyyəti cənginə alan yeni növ koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə davam etdirilir. Bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda ardıcıl tədbirlərin həyata keçirilməsindən və peyvəndin tətbiq olunmasından sonra yoluxma saylarında azalma qeydə alınıb. Lakin mütəxəssislərin də qeyd etdikləri kimi, bu, bizə arxayınlaşmaq üçün əsas vermir.
Məsələ ilə bağlı akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə rəhbəri, professor Tofiq Cahangirov qəzetimizə açıqlamasında bildirib ki, əhali arasında yoluxma səviyyəsinin aşağı enməsi ilə yanaşı, yoluxan şəxslər arasında xəstəliyi kritik keçirənlərin sayının azaldılması da önəmlidir: “Ona görə də əhalinin kütləvi şəkildə vaksinasiyaya cəlb olunması vacibdir. Unutmayaq ki, vaksinasiya olunduqdan sonra da tibbi maska taxmaq, sosial məsafə gözləmək, şəxsi gigiyenik qaydalara riayət etmək lazımdır. İnsan orqanizmində vaksinasiyadan sonra COVID-19-dan qorunmaq məqsədilə müxtəlifdərəcəli immunitet yarana bilər. Kimisində daha güclü, kimisində isə daha zəif immunitet formalaşa bilər. Bu, tək vaksinin təsirindən deyil, eləcə də vaksinasiya olunan şəxsin özünün immun sisteminin vəziyyətindən asılıdır”.
Tofiq Cahangirovun sözlərinə görə, vaksinasiya olunan şəxslərin vaksinasiya olunmayanlarla müqayisədə ağırlaşma riski daha aşağıdır: “Xüsusilə də yanaşı xronik xəstəlikləri olan və yaşı 65-dən yuxarı şəxslərdə ölümlə nəticələnəcək ağırlaşmalara daha çox rast gəlindiyindən bu əhali qrupunun vaksinasiyaya cəlb olunması əhəmiyyətlidir. Qeyd etdiyim kimi, istər vaksinasiya olunsun, istər olunmasın, hər kəsin qoruyucu maska taxması, sosial məsafə gözləməsi və şəxsi gigiyena qaydalarına riayət etməsi vacibdir”.
“Vətəndaşlarda COVID-19-la bağlı şikayətlər yaranarsa, onlar dərhal özlərini digər sağlam insanlardan təcrid edərək müvafiq səhiyyə müəssisələrinə müraciət etməlidirlər. Çünki xəstəlik yüksək yoluxuculuq xüsusiyyətinə malikdir, bir xəstə insan onlarla, hətta yüzlərlə insanı yoluxdura bilər. Ümid edirəm ki, bir yumruq kimi birləşərək bu pandemiyaya qalib gələcəyik”, - deyə professor vurğulayıb.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

