Səfir: Azərbaycan yüksək səviyyəli tolerantlıq mühiti ilə seçilir
09.04.2021 [09:00]
Aprelin 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Qurbanlı xalqlarımız arasındakı tarixboyu formalaşmış, Ulu Öndər Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət” çağırışını özündə ehtiva edən qardaşlıq və dostluq münasibətlərinə diqqət çəkərək, Türkiyənin Vətən müharibəsi dövründə bütün səviyyələrdə Azərbaycanın haqq savaşını dəstəkləməsinin növbəti həmrəylik nümunəsi olduğunu, bu dəstəyin hər bir Azərbaycan vətəndaşına fəxarət hissi yaşatdığını bildirib.
Qardaş ölkələrin dini-mənəvi sahədə əməkdaşlığının önəminə toxunan Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Türkiyənin Diyanət İşləri Başqanlığı arasında əlaqələrin daha da dərinləşdiyini qeyd edib. Bu əlaqələrin inkişafında Türkiyənin ölkəmizdəki səfirliyinin, o cümlədən Din İşləri üzrə Müşavirliyin böyük xidmətləri olduğunu diqqətə çatdırıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Erkan Özoral fəaliyyətinin Azərbaycanın tarixi Zəfər qazandığı bir vaxta təsadüf etməsindən qürur hissi keçirdiyini vurğulayıb. E.Özoral ölkəmizi öz Vətənindən ayırmadığını bildirərək, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin yaxınlığı və inkişafı baxımından dünyada oxşar vəziyyətin müşahidə edilmədiyini bildirib. Azərbaycanın yüksək səviyyəli tolerantlıq mühiti ilə seçildiyini söyləyən səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin din sahəsində həyata keçirdiyi uğurlu siyasəti, dinlərarası və millətlərarası dialoq işinə bəxş etdiyi töhfələri yüksək qiymətləndirib.
DQİDK sədri ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, həmçinin din sahəsində daha da genişləndirilməsi işinə verdiyi töhfəni xüsusi vurğulayaraq, səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

