/ / Psixoloq məsləhəti: Bütün fobiyalar kimi koronafobiya da psixoloji metodlarla müalicə oluna bilər
Psixoloq məsləhəti: Bütün fobiyalar kimi koronafobiya da psixoloji metodlarla müalicə oluna bilər
31.03.2021 [08:45]
Son günlər dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı yenidən artmaqdadır. Təbii ki, bu hal öz növbəsində insanlar arasında böyük təşviş yaradıb. Hətta normalda təşviş problemi olmayan insanlar bəzən belə bu hissi yaşayırlar.
Öz növbəsində koronavirus pandemiyasının həm də psixi pandemiya olduğunu deyən psixiatr İkram Rüstəmovun sözlərinə görə, aktiv media istifadəçisi olmayan insanlar belə pandemiya xəbərlərinə görə mətbuatı ardıcıl izləməyə başladılar. Baş verənlərdən çıxış yoluna gəlincə İkram Rüstəmov vurğulayıb ki, bütün fobiyalar kimi koronafobiya da psixoloji metodlarla müalicə oluna bilər: “Fobiya geniş anlayışdır. Yəni hər şeyə qarşı fobiya ola bilər. Məsələn, qapalı sahə qorxusu, hörümçək qorxusu və s. Bütün bunlar fobiyanın, təşviş hissinin simptomlarıdır. Koronavirus fobiyasını da təşviş pozuntusu adlandıra bilərik. Düzgün maarifləndirmə bu təşvişin qarşısını almağa kömək edə bilər”.
Psixiatır əlavə edib ki, bu məsələdə şüuraltı faktor insanlar arasında olan ölüm qorxusudur: “Digər tərəfdən, kəskin stress pozuntusu və posttravmatik stress pozuntusu həyatımızda ciddi sosial travmadır. Yəni, əgər bu xəstəliyi keçirmisinizsə, mütləq psixi fəsadları olacaq. Bəzən psixoloji immunitetimizlə buna qalib gələ bilirik. Ancaq posttravmatik stress pozuntusundan sonra bir xəstəlik yaranır və tibbi müdaxilə mütləqdir. Yəni, hər xəstəyə individual yanaşılmalıdır”.
İ.Rüstəmov pandemiya dövründə intiharlarla qarşılaşmamaq üçün ehtiyac duyulan dəstək tədbirlərindən də danışıb: “Bizim sahədə intihar halına təcili yardım məsələsi kimi baxılır. Burada doğru maarifləndirmə və müəyyənlik çox önəmlidir. İnsanı daha çox xaosa sürükləyən şey qeyri-müəyyənlikdir. İnsan başına nə gələcəyini bilməyincə, problemləri dəfələrlə fikirləşdikcə o sferaya yönəlir. Şəxsi konteksdən baxanda, ilk növbədə, problemli, risk daşıyan insan müəyyən edilməli, əvvəllər özündə, ailə üzvlərində intihar cəhdinin olub-olmaması araşdırılmalıdır. Real duruma uyğun müdaxilə və müalicə tədbirləri vacibdir”.
Həkim-psixiatr psixoloji rahatlığa görə daim güvənli mənbələrdən məlumat almağı məsləhət görür: “Hər deyilənə inanmamaq, hər şeyə təşvişli yanaşmamaq faydalıdır. İnsanın həyat standartının bir gedişatı var, biz bu gedişata onsuz da təsir göstərə bilmirik. Xüsusilə, psixi həssaslığınız varsa, internetə, saytlara çox baxmamaq lazımdır”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13

