/ / Avropa İttifaqının dəstəyi, UNFPA və RİİB-in təşkilatçılığı ilə Azərbaycanda ilk “Gender bərabərliyi” hakatonu keçirilib
Avropa İttifaqının dəstəyi, UNFPA və RİİB-in təşkilatçılığı ilə Azərbaycanda ilk “Gender bərabərliyi” hakatonu keçirilib
25.02.2021 [09:10]
Avropa İttifaqının dəstəyi və BMT-nin Əhali Fondu (UNFPA), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq “Gender bərabərliyi” hakatonu keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı və regionlardan ümumilikdə 16 komanda olmaqla 64 texnologiya həvəskarının iştirak etdiyi onlayn hakaton BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) tərəfindən icra edilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində təşkil olunub.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, kişi və qadınların ailədən başlamış ən yüksək səviyyədə dövlət orqanlarında və cəmiyyətin həyatında bərabər iştirakı və təmsilçiliyini təmin etmək üçün gender əsaslı ayrı-seçkilik və qadınlara qarşı zorakılıqla mübarizənin yeni və innovativ yollarının tapılması zəruridir. “Gender bərabərliyi” hakatonu da müvafiq dövlət orqanları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutlarının bu sahədə mükəmməl əməkdaşlığının əyani sübutudur və gənclərin, xüsusilə tələbələrin bu vacib mövzuda sağlam yarışmasına, müasir texnologiyaların tətbiqi ilə mövcud çağırışların həllinə töhfə vermələrinə şərait yaradacaq.
BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev pandemiya şəraitində həyatın sürətlə rəqəmsallaşdığını və gender bərabərliyinin təmin olunması, gender əsaslı zorakılıqla mübarizə sahəsində texnologiya və innovasiyaların heç vaxt bu qədər aktual olmadığını qeyd edib. “Yeni yanaşmaların daha yaxşı inteqrasiya edilməsi və yenilikçi həll yollarının tapılması ilə gender bərabərsizliyinin köklü səbəblərini aradan qaldırmaq, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən olan gender bərabərliyi məqsədinə nail olmaq mümkündür”, - deyə o qeyd edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Gender bərabərliyi” hakatonunun gənclərin informasiya-kommunikasiya texnologiyaları sahəsində malik olduqları imkanları və potensialı nümayiş etdirmək üçün əlverişli fürsət olduğunu deyib. Onun sözlərinə görə, bu gün İKT sahəsində müxtəlif şirkətlərə rəhbərlik edən işgüzar qadınların nümunəsi hakaton iştirakçıları üçün də təşviqedici örnək ola bilər.
Tədbirdə münsiflər heyəti üzvlərinin çıxışları və komandalara tövsiyələri dinlənilib.
48 saat ərzində gender bərabərsizliyinin aradan qaldırılması üçün texnoloji həll yolları üzərində intensiv şəkildə çalışan komandalar bir çox prototiplər və açıq qaynaqlı kod həllərini işləyib hazırlayıblar. Hakaton boyunca komandalar qadınlara qarşı zorakılıqla mübarizə, oğlan uşaqlarına verilən üstünlük və qız övladlarının dəyərsizləşdirilməsinin qarşısının alınması, məsuliyyətli atalığın təşviqi, karyera seçimində gender stereotiplərinin aradan qaldırılması, ev işlərində gender bərabərliyinin təmin edilməsi kimi mövzulara töhfə verə biləcək həllərin yaradılması istiqamətində yarışıblar.
Gender bərabərliyi sahəsində innovativ həllərlə bağlı ümumilikdə 16 layihə təqdim olunub və münsiflərin verdiyi ballar əsasında onların arasından ilk üç yeri tutan komandalar müəyyən edilib. “Stockfish” komandası məişət zorakılığının qurbanı olan qadınlara sığınacaq və müvafiq resurslara çıxış imkanları yaradan mobil tətbiq prototipi ilə 1-ci yerin qalibi olub. 2-ci yerə “3x+y” komandası layiq görülüb. Onların yaratdığı “Biz Varıq!” adlı veb-səhifə məişət zorakılığı qurbanlarını, eləcə də müxtəlif növ ailədaxili problemləri olan şəxsləri peşəkar psixoloqlarla asan şəkildə əlaqələndirməyə imkan yaradır. 3-cü yerə isə “Man ws Woman” adlı gender stereotipləri barədə maarifləndirici interaktiv oyun ilə “Laws and bytes” komandası layiq görülüb. Yarışın şərtlərinə uyğun olaraq 1-ci yerin qalibinə 5 000 manat, 2-ci yerin qalibinə 3 000 manat, 3-cü yerin qalibinə isə 1000 manat məbləğində mükafat verilib.
İctimaiyyət nümayəndələrinə tədbiri sosial media platforması üzərindən canlı olaraq izləmək imkanı yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

