Məhkəmə fəaliyyəti təkmilləşdirilir
04.02.2021 [09:33]
Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli, o cümlədən dövlət idarəçiliyində mütərəqqi və ardıcıl islahatlar aparılır, müasir təfəkkürlü gənc və yüksək ixtisaslı kadrlar irəli çəkilirlər.
Məhkəmə-Hüquq Şurasından AZƏRTAC-a bildiriblər ki, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasını, hüquqların məhkəmə müdafiəsinin daha da güclənməsini şərtləndirib.
Fərmana uyğun olaraq mühüm qanunlar qəbul edilib, o cümlədən cəza siyasəti humanistləşdirilib, karantin şəraitində elektron xidmətlərin göstərilməsi və məhkəmə proseslərində İKT-nin tətbiqi genişləndirilib. Həmçinin yeni Kommersiya və digər regional məhkəmələr təsis edilib, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi üçün işlək mexanizmlər yaradılıb, məhkəmələrin təminatı güclənib, digər əhəmiyyətli tədbirlər görülüb.
Təqdirəlayiqdir ki, həyata keçirilən məhkəmə islahatları beynəlxalq səviyyədə təşviq edilir, bir çox sahələrdə Azərbaycan təcrübəsi nüfuzlu hüquq təsisatları tərəfindən nümunə kimi göstərilir.
Məhkəmələrə əlçatanlığın yaxşılaşmasının əhəmiyyəti nəzərə alınaraq Məhkəmə-Hüquq Şurası tərəfindən bu sahədə təhlillər aparılaraq Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yaradılması məqsədəmüvafiq bilinib və müvafiq təkliflər verilib. Məhkəmə sisteminin inkişafına müstəsna əhəmiyyət verən dövlət başçısının 2021-ci il 3 fevral tarixli Sərəncamı ilə həmin məhkəmə təsis edilib.
Həmçinin hakimlərin iş yükünün azaldılması, işlərə daha keyfiyyətlə və vaxtında baxılması məqsədilə Fərmana əsasən əlavə 200 yeni hakim ştatı ayrılıb.
Həmin ştatların yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına və çevik komplektləşdirilməsi məqsədilə Şura tərəfindən hakimlərin seçilməsi qaydaları təkmilləşdirilərək bu proses davamlı xarakter alıb. İmtahanlarda müasir texnologiyalar tətbiq edilməklə sualların kompüter vasitəsilə cavablandırılması və nəticələrin dərhal elanı müəyyən olunub.
Xüsusi karantin rejiminin tələbləri ciddi gözlənilməklə ötən il Hakimlərin Seçki Komitəsi tərəfindən keçirilmiş müsabiqə nəticəsində 44 nəfər hakimliyə namizəd bir neçə mərhələdən ibarət olan bütün imtahanları, o cümlədən yarım illik tədris kursunu və məhkəmələrdə stajkeçməni uğurla başa vurub.
Namizədlərin tam əksəriyyətini (70%) 35 yaşa qədər olan, o cümlədən xaricdə təhsil almış gənc nəsil hüquqşünaslar təşkil edir, onlar ölkənin müxtəlif hüquq təsisatlarında - məhkəmə, prokurorluq orqanlarında, vəkillik xidmətində, özəl və digər müəssisələrdə çalışıblar.
İlk dəfə olaraq namizədlərin 40%-dən çoxunun qadın olması ölkəmizdə gender bərabərliyi prinsiplərinə əməl edilməsi, qadınların ictimai həyatın müxtəlif sahələrində fəallığının təzahürü olub.
Həmin namizədlərin hər biri ilə Qaydalara uyğun olaraq Şura tərəfindən fərdi söhbətlər keçirilib, ixtisaslaşmaları aparılaraq müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin edilmələri üçün dövlət başçısına təkliflər verilib.
Onların ölkə Prezidentinin 2021-ci il 3 fevral tarixli Sərəncamı ilə müxtəlif bölgələrə, o cümlədən yeni yaradılmış Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə təyinat alması regionlarda hüquq təsisatlarının inkişafına, işlərə daha çevik baxılmasına əlavə rəvac verəcəkdir.
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər davam etdirilir.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

