Yerli özünüidarəetmədə gənclərin rolunun artırılmasına dair müzakirələr aparılıb
29.01.2021 [22:35]
Milli Məclisin Gənclər və İdman Komitəsinin, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı ilə 47 şəhər, qəsəbə və kənd bələdiyyəsinin gənclərdən ibarət təmsilçilərinin iştirakı ilə “Yerli özünüidarəetmədə gənclərin rolu” mövzusunda videokonfrans təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında Komitəsinin sədr müavini Şahin İsmayılov, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının koordinatoru, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov konfransın açılışında tədbirin 2 fevral – Azərbaycan Gəncləri Günü ərəfəsində keçirilməsinin əhəmiyyətindən və bələdiyyələrin fəaliyyəti zamanı gənc bələdiyyə üzvləri üçün yaradılmış geniş imkanlardan danışıblar.
Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini Şahin İsmayılov, Regional Məsələlər Komitəsinin üzvü Kamran Bayramov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev tədbirdə çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindəki 44 günlük hərbi əməliyyatlar dövründə hər bir azərbaycanlının, xüsusən də gənclərin milli birlik nümayiş etdirdiklərini vurğulayıblar. Dövlətimizin başçısının respublikamızda apardığı çoxsahəli gənclər siyasəti, həmçinin bələdiyyə üzvlərinin qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələrinin gənclər tərəfindən daha səmərəli yerinə yetirilməsinin vacibliyi qeyd olunub və praktiki təkliflər irəli sürülüb.
Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Azər Əliyev təmsil olunduqları qurumların fəaliyyəti barədə məlumat verib, gələcəkdə yerli özünüidarəetmə sahəsində çalışan gənc bələdiyyə üzvlərinin reallaşacaq yeni layihələrdə iştirakları ilə bağlı təkliflərini səsləndiriblər.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb. Milli Məclisin üzvləri, gənclər təşkilatlarının və Bələdiyyələrin Milli Assosiasiyalarının nümayəndələri videokonfrans iştirakçılarının suallarını cavablandırıb və tövsiyələrini veriblər.
Bildirilib ki, bu silsilədən olan tədbirlər müntəzəm davam etdiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43

