VIII Azərbaycan-Rusiya Gənclər Forumu keçirilib
23.12.2020 [09:07]
Dekabrın 22-də onlayn formatda VIII Azərbaycan-Rusiya Gənclər Forumu keçirilib.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev və Rusiya Gənclər və Uşaq Təşkilatlarının Milli Şurasının sədri Qriqoriy Petuşkovun sədrliyi ilə keçirilən forumda iki ölkənin parlament üzvləri, dövlət qurumlarının, ali təhsil müəssisələrinin, media və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Rusiya Federasiyasının Elm və Ali Təhsil nazirinin müavini Yelena Drujinina forumda çıxış edərək Azərbaycanda və Rusiyada həyata keçirilən dövlət gənclər siyasəti, iki ölkə arasında olan dostluq münasibətləri, iqtisadi və humanitar sahədə reallaşdırılan layihələr haqqında ətraflı məlumat veriblər.
Milli Məclisin üzvləri Şahin Seyidzadə və Emin Hacıyev, Rusiya Federasiyası Dövlət Dumasının üzvü Natalya Kuvşinova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sədri Elnur Əliyev və “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlığı, o cümlədən siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar və təhsil istiqamətlərində intensiv siyasi dialoqun və praktiki əməkdaşlığın mövcud olması haqqında danışıblar.
Daha sonra forum iki plenar bölmə üzrə işini davam etdirib. Birinci bölmənin mövzusu “Azərbaycan Respublikasının və Rusiya Federasiyasının gənclər təşkilatları arasında əməkdaşlığın reallıqları və perspektivləri”, ikinci bölmənin mövzusu isə “Mədəniyyətlərarası dialoq. Tarixi və mədəni irsin qorunması” olub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və 30-dan artıq gənclər təşkilatının nümayəndələri plenar bölmələrdə çıxış edərək həyata keçirilən layihələr haqqında məlumat verib, təcrübə və fikir mübadilələri aparıblar. Forumun yekununda iştirakçılar iki ölkə gəncləri arasında əməkdaşlığın gücləndirilməsinə dair təkliflər səsləndiriblər.
Qeyd edək ki, VIII Azərbaycan-Rusiya Gənclər Forumu Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Rusiya Gənclər və Uşaq Təşkilatlarının Milli Şurasının birgə təşkilatçılığı ilə keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

