Fərdi və ictimai məsuliyyət: pandemiyaya qarşı ən təsirli müdafiə vasitəsi
26.11.2020 [08:48]
Son vaxtlar payız-qış mövsümünün gəlişi ilə əlaqədar respirator xəstəliklərlə yanaşı, COVID-19-a yoluxma sayında da artım müşahidə olunur. Bu səbəbdən bir çox ölkələrdə yenidən sərt karantin qaydaları tətbiq edilir, müvafiq məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da COVID-19 xəstəliyinə yoluxma halları davam etməkdədir. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, Azərbaycanda virusun yayılması və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb. Bununla belə, son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından bir sıra qadağaların tətbiq edilməsinə qərar verilib. Ekspertlər ölkəmizdə həyata keçirilən bütün tədbirlərin vətəndaşların sağlamlığının qorunmasına xidmət etdiyini bildirirlər. Eyni zamanda, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruriliyi, sanitar-gigiyenik qaydalara düzgün riayət olunması, kütləvi toplaşmamağın vacibliyi ilə bağlı mütəmadi olaraq çağırışlar edilir.
Məsələ ilə bağlı açıqlama verən 6 nömrəli poliklinikanın Terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova bildirib ki, indi daha çox sayıqlıq nümayiş etdirmək, ikiqat məsuliyyətli olmaq zamanıdır. Onun sözlərinə görə, yeni növ koronavirus infeksiyası sağlamlığa xətər yetirmək üçün məqam axtarır: “Biz gigiyenik qaydalara lazımı səviyyədə əməl etməyəndə, qapalı məkanlarda, dükan-bazarda, nəqliyyat vasitələrində tibbi maskadan istifadəni unutduqca, sosial məsafə saxlamadıqca, çox təmasa girdikcə gözəgörünməz düşmənə əlverişli fürsət vermiş oluruq. Sayıqlıq hissinin azaldılması pandemiyaya yoluxma təhlükəsini artırır.Üstəlik digər infeksiyalardan fərqli olaraq COVID-19-un təbiəti elədir ki, azacıq bir ehtiyatsızlıqdan da istifadə edir. Məhz buna görə də xüsusən ictimai yerlərdə tibbi maskasız hərəkət etmək yolverilməzdir”.
Həkim-terapevt vurğulayıb ki, narahatlıq doğuran hallardan biri də odur ki, bəzən xəstəliyin ilkin əlamətləri ilə üzləşənlər onu gizlətməyə və ya infeksiyaya yoluxmadığı barədə özünü inandırmağa çalışırlar. Halbuki erkən və vaxtında həkimə və tibb müəssisəsinə müraciət edilməsi daha düzgün olardı. Təcrübə göstərir ki, xəstə virusa yoluxanda 5-7 gün ərzində ilkin əlamətlər özünü göstərir. Əlamətlər büruzə verən kimi yubanmadan sahə həkiminə müraciət edilməlidir. Gecikmə zamanı pnevmoniya ortaya çıxa, tənəffüs çatışmazlığı yarana bilər. Həmin mərhələdə müraciətin gecikməsi xəstənin həyatını təhlükə qarşısında qoyur.
“Təəssüflə qeyd etmək istəyirəm ki, əksər hallarda tibbi maskanın düzgün taxılmaması halları ilə də rastlaşırıq. Tibbi maska taxarkən çalışmaq lazımdır ki, burunun üzəri də örtülsün, əks halda infeksiya mənbəyi tam bağlanılmamış qalır. Peyvəndin tapılmadığı, başqa konkret müalicə vasitələrinin olmadığı bir şəraitdə qaydalara əməl edilməsi, o cümlədən qoruyucu maskanın taxılması yeganə mühafizə vasitəsi olaraq qalır. Hava-damcı yolu ilə yayılan infeksiyalar zamanı həm udlaq, həm də qırtlaq bağlanılmalıdır ki, virus selikli qişa vasitəsilə orqanizmə daxil olmasın. Əllərin antiseptik vasitələrlə silinməsi, sosial məsafənin qorunmasına da mühüm şərtlərdən biri kimi ciddi şəkildə riayət edilməlidir”, - deyə şöbə müdiri bildirib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

