/ / Ədliyyə naziri xarici həmkarlarını Ermənistanın Bərdədə törətdiyi qətliam barədə məlumatlandırıb
Ədliyyə naziri xarici həmkarlarını Ermənistanın Bərdədə törətdiyi qətliam barədə məlumatlandırıb
31.10.2020 [08:53]
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən düşmənin hərbi təxribatlarının qarşısı qətiyyətlə alınır. Döyüş meydanında məğlubiyyətə uğrayan işğalçı Ermənistanın qəsdən mülki əhaliyə hədəflənən qeyri-insani əməllərindən əl çəkməyərək beynəlxalq hüququn qadağan etdiyi kasset bombaları və ballistik raketlərlə Bərdədə qətliam törətməsi ilə bağlı Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən xarici ölkələrin ədliyyə nazirlərinə xüsusi müraciət ünvanlanıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə beynəlxalq ictimaiyyətin lazımi reaksiya göstərməməsindən daha da azğınlaşan Ermənistanın ölkəmizə qarşı terror və hərbi təxribatlarının, xüsusilə Bərdədə törədilmiş hadisələrin dəhşətləri barədə məlumat verilib.
Oktyabrın 28-də münaqişə zonasından onlarla kilometr uzaqda yerləşən Bərdə rayonunun əhalinin sıx hərəkətdə olduğu hissəsinə raket zərbələrinin endirilməsi nəticəsində 21 mülki şəxsin həlak olduğu və 70-dən çox insanın yaralandığı, ölən və xəsarət alanlar arasında insanlara humanitar yardım göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 3 könüllüsünün olduğu bildirilərək, ermənilərin törətdikləri bu vəhşiliklərin heç bir insanlığa sığmadığı vurğulanıb.
Qeyd edilib ki, hərbi toqquşma başlayandan ötən bir ay ərzində bütövlükdə 11-i uşaq olmaqla 90-dan çox dinc insan həlak olub, 400-dək şəxs yaralanıb, 3000-ə yaxın yaşayış binası və mülki obyekt dağıdılıb və ya ciddi ziyan dəyib. Həmçinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan neft kəmərləri atəşə tutulur.
Ermənistanın həmin zərbələri öz ölkəsinin ərazisindən endirməklə münaqişəni beynəlmiləlləşdirmək və üçüncü ölkələri cəlb etmək məqsədi daşıdığı xüsusilə qeyd olunub.
Vurğulanıb ki, BMT-nin Baş katibi və Avropa İttifaqı əhalinin yaşadığı bölgələrə edilən hücumları qınayan və onların tam qəbuledilməzliyini qeyd edən bəyanatlarla çıxış edərək bildiriblər ki, mülki şəxslərin və obyektlərin atəşə tutulmasına son qoyulmalıdır.
Lakin bu çağırışlara məhəl qoymayan Ermənistanın mülki əhaliyə qarşı törədilən namərd hücumlarının ölən və yaralanan şəxslərin sayının durmadan artmasına səbəb olduğu qeyd edilib, xarici həmkarların diqqəti erməni terroruna məruz qalan şəhərləri ziyarət edən hətta diplomatik korpus üzvlərinin də artilleriya atəşinə tutulması faktına xüsusilə cəlb olunub.
Bundan əlavə, Ermənistanın Çikaqo Konvensiyasının tələblərini pozaraq, humanitar yardım bəhanəsi ilə mülki aviasiyadan istifadə etməklə ölkəsinə qanunsuz silah daşınması ilə məşğul olduğu və bununla əlaqədar Azərbaycan tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müraciət edildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, Ermənistandan fərqli olaraq, doğma torpaqları uğrunda və yalnız öz ərazisində heç bir kənar dəstək olmadan öz gücü ilə vuruşan Azərbaycan döyüş meydanında açıq üstünlüyə malik olmasına baxmayaraq, insanların həyatını xilas etmək naminə qan tökülməsini istəmir və münaqişənin siyasi yolla həlli üçün sülh danışıqlarının aparılmasının tərəfdarıdır.
Ədliyyə naziri xarici həmkarlarının diqqətini yenidən bu problemə yönəltməklə mülki əhalinin həyatını qorumaq naminə təsirli tədbirlər görəcəklərinə ümidvar olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

