Daşkəsən inkişafının yeni mərhələsində
17.03.2010 [10:33]
Heydər Əliyev Fondunun dəstəyi ilə Yuxarı Daşkəsən qəsəbəsində, Təzəkənddə müasir tipli yeni orta məktəb binaları inşa edilərək, şagirdlərin istifadəsinə verilib. 4 məktəbdə əlavə sinif otaqları tikilib, şəhər 2 saylı uşaq bağçasının və uşaq-gənclər idman məktəbinin binaları əsaslı təmir olunub. Həmçinin, ötən il Bayan, Aşağı Daşkəsən və Quşçu qəsəbə klubları, Dəstəfur, Zağalı, Dəvrallı kənd kitabxanaları, Xoşbulaq mədəniyyət evi əsaslı təmirdən çıxıb. 22 saylı yol-istimar idarəsi də yeni binaya köçürülüb. Rayon mərkəzində 80 çarpayılıq xəstəxana binası, Xoşbulaq kəndində isə idman kompleksi inşa edilib. ümumiyyətlə, Daşkəsəndə tikinti-abadlıq işlərinin miqyası genişdir və bu istiqamətdəki işlər müvəffəqiyyətlə davam etdirilir.
ümumi daxili məhsul artıb
Bir sözlə, rayonun sosial-iqtisadi inkişafı üçün bir sıra mühüm tədbirlər görülür, Dövlət Proqramı kompleks şəkildə yerinə yetirilir. Burada fəaliyyət göstərən üç mərmər karxanası ahəngdar işləyir. ölkənin tikinti meydanlarına və digər obyektlərə yüksək keyfiyyətli mərmər salı, plitə, qum göndərilir. Əhəng daşı müəssisəsi İmişli Şəkər Zavodunu xammalla fasiləsiz təmin edir. Məhz bu fəaliyyətin nəticəsidir ki, ötən il ümumi daxili məhsul istehsalı əvvəlki illə müqasiyədə 21 faiz artıb.
Sahibkarlıq fəaliyyəti genişlənir
Onu da qeyd edək ki, sahibkarlığın intensiv inkişafı üçün yaradılan şərait öz bəhrəsini verir. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, məhsul istehsalının 93 faizi özəl bölmənin payına düşür. Sahibkarlığa Kömək Milli Fondunun il ərzində 12 sahibkara 695,5 min manat güzəştli kredit verməsi həmin subyektlərin dinamik inkişafına təkan verib. Bu da onlarca yeni iş yerlərinin açılmasına zəmin yaradıb.
Rusiyanın müxtəlif şəhərlərindən 37 ədəd tikiş, naxışvurma və s. dəzgahların gətirilməsi isə rayonun mərkəzində fəaliyyət göstərən tikiş sexinin ahəngdar ritmini daha da artırıb.
Aqrar bölmədə əsaslı dönüş yaranıb
Daşkəsən, eyni zamanda, aqrar rayonudur. Təsadüfi deyil ki, ötən il bu bölmə üçün də dönüş ili olub. Rayonda kartofçuluq və taxılçılıq üzrə 4 toxumçuluq təsərrüfatı, onlarla heyvandarlıq, 1 arıçılıq, habelə, bir çox damazlıq müəssisələri fəaliyyət göstərir. 2009-cu ildə rayonda 60 ton kartof, 550 ton taxıl toxumu istehsal edilib.
Quşçu kəndindəki “Ağbaba” kəndli təsərrüfatına 15 baş cins inək gətirilib, onların hər birindən 1 baş sağlam və gümrah bala alınıb. Başqa təsərrüfatlara da cins mal-qara gətirilməsindən ötrü rayonda mühüm hazırlıq işləri görülüb.
Ekoloji vəziyyət yaxşılaşdırılır
Prezident İlham Əliyev tərəfindən 2010-cu ilin “Ekologiya ili” elan olunmasını daşkəsənlilər də rəğbətlə qarşılayıblar. ölkənin hər yerində olduğu kimi, Daşkəsən rayonunda da ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər həyata keçirilməkdədir. Belə ki, rayonda yaşıllaşdırma idarəsi yaradılıb. Şəhər sakinləri 23 min ağac, çoxlu gül kolları əkiblər. Eyni zamanda, magistral yolların ətrafında, yaylaqlarda, küçə və meydanlarda abadlıq işləri aparılıb, səliqə-sahman yaradılıb.
YAP-ın sıraları genişlənir
Azərbaycanın inkişafına hədəflənmiş, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasətin yerlərdə həyata keçirilməsində mühüm rol oynayan Yeni Azərbaycan Partiyası (YAP) yarandığı gündən daşkəsənlilərin böyük inamını və rəğbətini qazanıb. YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyevin sözlərinə görə, rayon sakinlərinin Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasına inam və rəğbətinin nəticəsidir ki, ötən hər ay ərzində hakim partiyanın sıraları genişlənir: “Hazırda partiya üzvlərinin ümumi sayı 3346 nəfərdir. Onların 1326 nəfərini qadınlar, 1114 nəfərini gənclər təşkil edir. ötən il partiyanın sıraları genişlənib, üzvlərimizin sayı 224 nəfər artıb”.
YAP rayon təşkilatının sədri onu da əlavə edib ki, partiya üzvləri rayonun yeni quruculuq, tikinti və abadlıq işlərində fəal iştirak edirlər: “Rayonun iqtisadiyyatının bütün sahələrində onların böyük əməyi var. Təkcə bir faktı demək kifayətdir ki, bir qrup fəalımız bu günlərdə Xoşbulaq kəndində inşa olunan idman kompleksinin ətrafında mindən çox ağac və xeyli gül kolları əkiblər”.
Tahir Məmmədov
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

