Xaricdə yaşayan azərbaycanlıların Avropanın media orqanlarına çıxış imkanları müzakirə olunub
23.09.2020 [09:21]
Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların Koordinasiya Şuralarının əlaqələndiricilərinin və bir sıra diaspor təşkilatları rəhbərlərinin iştirakı ilə “Avropanın media orqanlarında və beynəlxalq təşkilatlarda iş” mövzusunda videokonfrans təşkil edib.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitə sədri Fuad Muradov dövlətimizin diaspor siyasətindən, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasının vacibliyindən danışıb, diasporumuzun fəaliyyətinin daim Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu vurğulayıb.
O, son dövrlərdə Ermənistanın təcavüzkar siyasətini daha da genişləndirməsi, işğal etdikləri Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma aparmaları, yeni müharibəyə hazırlaşmaları barədə məlumat verib.
Komitə sədri Prezident İlham Əliyevin “Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu” fikrini xatırladıb və Tovuzda baş verən təxribatla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında xaricdə yaşayan azərbaycanlıların yüksək fəallıq göstərdiyini bir daha yada salıb.
Videokonfransda Ermənistanın təcavüzkar siyasəti ilə bağlı dünya ictimaiyyətinə daha müfəssəl informasiyaların çatdırılması üçün bütün xarici platformalarda, o cümlədən KİV-lərdə, sosial mediada fəaliyyətin genişləndirilməsi, təbliğatın müasir metodlarından istifadə olunması, beynəlxalq təşkilatlarla işin daha peşəkar səviyyədə qurulması yönündə müzakirə aparılıb və təkliflər verilib.
Konfrans iştirakçıları yaşadıqları ölkələrdə azərbaycanlılara məxsus media orqanlarının yaradılması üzərində də düşündüklərini qeyd edib, bunun üçün mövcud potensialdan düzgün istifadə olunmasının vacibliyindən danışıblar. Videokonfransda 17 ölkədən diaspor nümayəndələri iştirak edib.
Xəbər lenti
Hamısına baxSosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05

