Dünyada pandemiyanın yenidən aktivləşməsinə dair proqnozlar özünü doğruldur
22.09.2020 [08:33]
Ekspertlər bildirirlər ki, ölkəmizdə əldə edilmiş müsbət dinamikanı saxlamaq üçün indiki məqamda vətəndaşların daha məsuliyyətli olmaları vacib amildir
Məlum olduğu kimi, payızda dünya miqyasında koronavirus pandemiyasının yenidən aktivləşəcəyi barədə səslənən proqnozlar artıq özünü doğrultmaqdadır. Belə ki, hətta indiyə qədər yoluxmanın az olduğu ölkələrdə belə statistik rəqəmlər artır və bu da həmin dövlətlərin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində yeni sərt tədbirlər görməsinə yol açır. Bu vəziyyəti nəzərə alan bir sıra tibbi ekspertlər bildirirlər ki, ölkəmizdə də Nazirlər Kabinetinin yenidən bir sıra yumşalmalarla bağlı verdiyi qərar arxayınlıq yaratmamalıdır. Vətəndaşlar sanitar-gigiyenik qaydalara daha çox riayət etməlidir. Əks halda, payız-qış mövsümündə respirator xəstəliklərlə paralel olaraq COVID-19-a yoluxmanın sayında yenidən artım ola bilər. Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov deyib ki, tibbi ekspertlərin proqnozlaşdırdığı kimi, sentyabr ayından bir çox ölkələrdə koronavirusa yoluxanların sayında kəskin artım nəzərə çarpır: “Pandemiyanın yenidən aktivləşməsinə dair proqnozlar özünü doğruldur. Xarici ölkələrdəki vəziyyət onu göstərir ki, tətbiq olunan yumşalmalar koronavirus infeksiyasına yoluxma hallarının artmasına səbəb olur. Belə ki, yoluxma sayı indiyə qədər az olan ölkələrdə də koronavirusa yoluxma sayında kəskin artım qeydə alınıb. Məsələn, Gürcüstan və Slovakiyada mart ayından bəri ən yüksək göstərici qeydə alınıb. Rumıniyada da koronavirusa yoluxanların sayı kəskin artıb. İlk dövrlərdə yoluxma sayı az olan Hindistan hazırda pandemiyanın episentrinə çevrilib. Ölkə virusa yoluxanların sayına görə dünyada ikinci, ölüm sayına görə isə üçüncü yerdədir”.
Deputatın sözlərinə görə, pandemiyanın elan edilməsinin ilk dövrlərindən dövlət tərəfindən təxirəsalınmaz və qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində hazırda ölkəmizdə sanitar-epidemioloji vəziyyət nisbətən stabildir: “Lakin payız-qış aylarında kəskin respirator xəstəliklərinin də geniş yayılması ehtimalını nəzərə alaraq əldə edilmiş müsbət dinamikanı saxlamaq üçün indiki məqamda vətəndaşların daha məsuliyyətli olması vacib amildir”.
Azərbaycan Diabet Liqası İctimai Birliyinin (ADL İB) sədri, Səhiyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Yeganə Sultanova isə deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və ayrı-ayrı dövlətlərin mütəxəssislərinin qənaətinə görə, dünya üzrə COVID-19-a yoluxanların sayının yenidən artması gözlənilən “ikinci dalğa” ilə bağlıdır. Ekspertin sözlərinə görə, vaxtından əvvəl yumşalmaların olması “ikinci dalğa”nın başlama vaxtına və miqyasına da öz təsirini göstərə bilər.
Y.Sultanova deyib ki, Azərbaycanda yumşalma tədbirləri düşünülmüş şəkildə aparıldığı üçün ölkəmizdə vəziyyət kritik deyil: “Əldə edilən müsbət dinamikada vətəndaş məsuliyyəti sahəsində KİV və QHT-lərin apardığı maarifləndirmə işləri də mühüm rol oynayıb. Tibb işçilərinin vətəndaşlarımıza göstərdiyi tibbi xidmət və dərman təminatının yüksək səviyyədə davam etməsi Azərbaycanda müsbət nəticələr əldə edilməsinə gətirib çıxarıb. Bu dövrdə TƏBİB-in qərarına uyğun olaraq rəhbərlıik etdiyim ADL İB də pandemiyanın ilk günlərindən diabetli xəstələr üçün tövsiyələri tərcümə edib vətəndaşlarımıza çatdırılmasında, onların dərmanla təminatı və tibbi xidmətin göstərilməsində mühüm işlər görüb”.
“Əgər vətəndaşlarımız yumşalma tədbirlərindən sonra qaydalara düzgün əməl etsələr, payız-qış mövsümlərini də rahat, problemsiz keçirə bilərik. Operativ Qərargahın tövsiyələrinə əməl etmək kifayətdir ki, özümüzü təhlükəli vəziyyətdən qoruyaq. Unutmayaq ki, gigiyenik qaydalara riayət edilməsi, qoruyucu maskalardan istifadə və sosial məsafənin saxlanması bizim hər birimizi digər infeksiyaların yayılmasıdan da qoruyur. Buna görə də özünü və ətrafdakıları qorumaq üçün vətəndaşlarımız daha diqqətli olmalıdırlar”, - deyə Y.Sultanova bildirib.
Qaşqay
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

