Oktay Nəbili: Təhsilimi xarici ölkələrin birində davam etdirməyi düşünürəm
16.09.2020 [09:09]
Xəbər verildiyi kimi, ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi artıq başlayıb. Ənənəyə sadiq qalaraq bu il də yüksək bal toplayan abituriyentləri oxucularımızla tanış edirik. Builki imtahanlarda 700 bal toplamasalar da, iki imtahanın nəticəsinə görə yüksək bal toplayıb xüsusi fərqlənən bir neçə abituriyent var. Onlardan biri də qəbul imtahanında 694.1 bal toplayan Oktay Nəbilidir.
I ixtisas qrupu üzrə imtahan verən Oktay öz təəssüratlarını bizimlə bölüşüb: “2002-ci ildə Oğuz rayonu, Xaçmaz kəndində anadan olmuşam. 2012-ci ildən etibarən Bakıda yaşayıram. Buraxılış imtahanından 294.1, qəbul imtahanından 400 bal olmaqla 694.1 bal toplamışam. Ötən il Riyaziyyat Olimpiadasında məktəb və şəhər turlarını qazanmışam. Məlum olduğu kimi, imtahanlarımız bir neçə dəfə təxirə salındı və 4 aya yaxın gecikdi. Bundan başqa, ənənəvi təhsil ala bilməmək əlavə çətinlik yaradırdı. Lakin faydaları da oldu və mən deyərdim ki, pandemiya abituriyentlərə bir növ yardım da etdi. Belə ki, imtahanlara hazırlaşmaq üçün əlavə 4 ay vaxtımız oldu.Təbii ki, imtahana hazırlığın əsas yükü abituriyentin öhdəsinə düşür. Mövzunu məktəbdə necə öyrəndiyimiz qədər, evdə necə hazırlaşdığımız, təkmilləşdirdiyimiz də önəmlidir. Təhsil istər distant olsun, istərsə də əyani, ev hazırlığı çox böyük əhəmiyyət kəsb edir. Evdə hazırlaşmağımıza heç bir maneə ola bilməz. Əlbəttə, müəllim amili də vacibdir və mən çətin vəziyyətdə bizi tək qoymayan bütün müəllimlərimə təşəkkür edirəm”.
Həmsöhbətimiz Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasını seçməyi düşünür: “Gələcəkdə dövlətimə faydalı gənc olmağı qarşıma məqsəd qoymuşam. Təhsilimi xarici ölkələrin birində davam etdirməyi düşünürəm. Uğurumun əsas hissəsini üzərimdə böyük əməyi olan valideynlərimə borcluyam. Bütün abituriyentlərə isə uğurlar arzulayıram. İmtahanda istədikləri nəticəni əldə etmək üçün ev hazırlığına ciddi fikir versinlər”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

