İnsan sağlamlığının qorunması İslam dininin əsas şərtlərindən biridir
29.08.2020 [00:44]
Kütləvi tədbirlərin, o cümlədən dini mərasimlərin keçirilməməsi ilə bağlı qərarın məqsədi vətəndaşlarımızın həyat və sağlamlığının qorunması, COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınmasıdır
Məlum olduğu kimi, Azərbaycan dövləti yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması istiqamətində mühüm tədbirlər həyata keçirməkdədir. Bunların sırasında COVID-19 infeksiyasına yoluxma riskini artıran kütləvi toplaşmaların qarşısının alınması xüsusi yer tutur. Belə ki, hazırda bir sıra kütləvi tədbirlərlə yanaşı, məscidlərdə də dini ayinlərin keçirilməsinə, müvəqqəti olaraq icazə verilmir.
Yeri gəlmişkən, qeyd edək ki, Məhərrəm ayı və Aşura günü bu il koronavirusla bağlı yaranmış olduqca təhlükəli və riskli şəraitə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının bununla bağlı müraciətində də bildirildiyi kimi, Aşura günü ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkəmizdə yeni növ koronavirus infeksiyasının yenidən yayılmasına yol aça bilər. Ona görə də Məhərrəm ayı karantin qaydalarına uyğun qeyd olunmalı, məscidlərdə kütləvi mərasimlər keçrilməməlidir.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Ağsu rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Nurəddin İslamov deyib ki, dinimiz müxtəlif xəstəliklərə qarşı önləyici tədbirlərin görülməsinə, xüsusilə yoluxucu xəstəliklərə qarşı son dərəcə diqqətli olmağa çağırır: “Hər bir insan belə bir təhlükədən özünü gözləməlidir. Bir yerdə yoluxucu xəstəlik olduğunu bilə-bilə oraya getmək insanın özünü təhlükəyə atması deməkdir. Belə bir xəstəlik ehtimalı olan yerlərdən uzaq durmaq lazımdır. Bizi yaradan Allah bu canı bizə əmanət olaraq verib və əmanəti sahibinə qaytarana qədər onu qorumaq hər birimizin borcudur. Elə isə bu əmanəti qoruyaq və özümüzü təhlükəyə məruz qoymayaq. Qurani-Kərimdə buyrulduğu kimi: “Öz əlinizlə özünüzü təhlükəyə atmayın”.
N.İslamov onu da bildirib ki, Azərbaycanda pandemiyanın aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülür. Dindarlarla aparılan söhbətlərdə insanların mərasimləri öz evlərində ailəsi ilə birlikdə keçirmələri tövsiyə olunub.
“Bu il pandemiya dövrü ilə əlaqədar olaraq məscid və ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməməsi, ibadətlərin müvəqqəti dayandırılması qərara alınıb. Bu məcburi addımın atılmasında əsas məqsəd vətəndaşlarımızın həyat və sağlamlığının qorunması, koronavirusun geniş yayılmasının qarşısının alınmasıdır. Bütün möminlər bunu anlayışla qarşılayır və ümumbəşəri bəla olan COVID-19-la mübarizədə həmrəyliklə nümayiş etdirirlər”. Bu fikirləri isə Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov deyib.
O bildirib ki, ölkəmizdə pandemiya ilə mübarizə çərçivəsində görülən tədbirlərdən biri də insanların kütləvi şəkildə toplanmasının qarşısının alınmasıdır. Kütləviliyi ilə seçilən Aşura mərasiminin izdihamla keçirilməsi, məscidlərin, ziyarətgahların qarşısında toplaşmaq insanlarımız və cəmiyyətimiz üçün böyük təhlükədir. Ona görə də hər kəs bu işdə diqqətli və məsuliyyətli olmalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etməlidir.
S.Cəfərov da insan sağlamlığının qorunmasının dinimizin əsas şərtlərindən biri olduğunu bildirib: “Həzrəti Peyğəmbərimiz belə buyurub: “Vəbanın ortaya çıxdığını eşitdiyiniz bir yerə getməyin. Əgər olduğunuz yerdə vəba görülərsə, siz də oradan kənara çıxmayın”. Odur ki, koronavirusun geniş yayıldığı indiki pandemiya şəraitində kütləvi mərasimlərdən uzaq durmaqla həm özümüzü, həm də digər insanları da qorumuş olarıq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

