/ / COVID-19-a yoluxmamaq üçün qabaqlayıcı tədbirlərin görülməsi pandemiya ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir
COVID-19-a yoluxmamaq üçün qabaqlayıcı tədbirlərin görülməsi pandemiya ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir
25.08.2020 [09:08]
Ekspertlərin fikrincə, yeni növ koronavirus infeksiyasından qorunmaq üçün sosial məsafənin saxlanılması, sanitar-gigiyenik qaydalara riayət olunması və qoruyucu vasitələrdən istifadə edilməsi zəruridir
Məlum olduğu kimi, bütün dünyada tüğyan edən yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə geniş yayılmasına qarşı dövlət tərəfindən həyata keçirilən effektiv və təxirəsalınmaz tədbirlər öz müsbət nəticəsini verib. Belə ki, xüsusi karantin rejimi ilə əlaqədar vaxtında verilmiş düzgün qərarların hesabına yoluxma əleyhinə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində avqust ayından etibarən gündəlik yoluxma sayı azalıb. Təbii ki, əldə olunan bu nəticəni qoruyub saxlamaq, yoluxma sayının artmasına imkan verməmək üçün inzibati tədbirlərlə yanaşı, vətəndaş məsuliyəti də ilkin şərtlərdəndir. Ekspertlərin fikrincə, COVID-19 xəstəliyindən qorunmaq üçün vətəndaşlar tərəfindən qoruyucu vasitələrdən istifadə edilməsi, sanitar-gigiyenik qaydalara riayət olunması və sosial məsafənin saxlanması zəruridir.
Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib ki, son iki ay Azərbaycan səhiyyəsi, cəmiyyəti və dövləti üçün ağır dönəm olub: “Hər 1 milyon əhaliyə düşən xəstə və yoluxma sayı ilə yanaşı, vəziyyəti ağırlaşan pasiyentlər, reanimasiyada olan xəstələrin sayı baxımından çətinliklər yaşandı. Xüsusi karantin rejimi ilə əlaqədar vaxtında qəbul edilmiş doğru qərarlar yoluxma sayının dəfələrlə aşağı düşməsinə və səhiyyənin, aidiyyəti qurumların, həmçinin cəmiyyətin dərindən nəfəs almasına imkan yaratdı. Lakin unutmamaq lazımdır ki, virutik xəstəliklər öz xüsusiyyətlərini dəyişmir”.
“Payız aylarında COVID-lə əlaqəsi olmayan virus xəstəliklərinin artma dövrü olur. İnsan bədənində bəzi bioloji dəyişikliklər payız aylarında baş verdiyinə görə həmin vaxt alovlanmanın yenidən baş verməsi ehtimalı həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də bu sahədə fəaliyyət göstərən tibb mütəxəssisləri tərəfindən qeyd edilir. Ona görə də biz buna hərtərəfli hazır olmalıyıq”, - deyə R.Mahmudov bildirib.
R.Mahmudov, həmçinin ötən həftə ölkəmizdə həyata keçirilməsinə başlanan seroloji testlərin aparılması və onların əhəmiyyəti haqqında da məlumat verib: “Aparılan seroloji testlər ölkədə xəstəliyin xəbərsiz keçirilməsi baxımından cəmiyyət içərisində infeksiyanın skrinninqi, yəni, tədqiqatı üçün həyata keçirilən müayinələrdən biridir. Həmin testlərin başqa faydaları da var. Orqanizmdə anticisimlərin miqdarının müəyyən edilməsi bundan sonra baş verə biləcək ikinci yoluxmaya qarşı müqavimət gücü haqqında məlumat əldə etməyə imkan verir. Həmçinin daha əvvəl virusa yoluxanların siyahısı əldə edildiyi üçün onların qanından istifadə edərək ağırlaşmış xəstələrin müalicəsi həyata keçirilə bilir”.
Milli Məclisin deputatı Kamilə Əliyeva isə bildirib ki, digər dövlətlərlə müqayisədə Azərbaycanda virusa qarşı daha səmərəli mübarizə aparılır: “Ölkəmizdə xüsusi karantin rejimi tətbiq edildikdən sonra atılan qabalayıcı addmlar göstərdi ki, Azərbaycan ötən müddət ərzində COVID-19 infeksiyası ilə mübarizədə uğurlu bir yol keçib. Mövcud xəstəxanaların maddi-texniki bazasının gücləndirilməsi, COVID-19-la mübarizədə modul tipli xəstəxanaların tikilib istifadəyə verilməsi xəstələrin müalicəsi işinə böyük töhfə olub. Vətəndaşların bir qismi karantin rejimi qaydalarına ciddi əməl etmədiyi üçün son iki ay ərzində Azərbaycan böyük bir dalğa ilə üz-üzə qalsa da, görülən tədbirlər nəticəsində avqust ayından həmin dalğa nisbətən səngiyib”.
Deputatın sözlərinə görə, bundan sonrakı dövr üçün pandemiya ilə mübarizədə əsas məsələ yoluxma əleyhinə qabaqlayıcı tədbirlərin görülməsidir: “Son günlərin rəqəmləri yoluxma sayında nisbətən artım olduğunu göstərdiyi üçün sanitar-gigiyenik qaydalara riayət edilməsi, qoruyucu maskalardan istifadə, sosial məsafənin saxlanması olduqca vacibdir. COVID-19 infeksiyasından qorunmaq üçün vətəndaşlarımız sağlamlıqlarına diqqətlə yanaşmalıdırlar. Eyni zamanda, hər kəs mövcud karantin rejiminin qaydalarına ciddi əməl etməlidir”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

