/ / İşəgötürənlər peşə və kvalifikasiya standartlarının hazırlanması ilə bağlı öz təkliflərini verə bilərlər
İşəgötürənlər peşə və kvalifikasiya standartlarının hazırlanması ilə bağlı öz təkliflərini verə bilərlər
22.08.2020 [00:14]
İşəgötürənlər zəruri hesab etdikləri peşə və kvalifikasiyalar üzrə standartların hazırlanması üçün peşələrin siyahısını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edə bilərlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni peşə və kvalifikasiya standartlarının hazırlanması prosesi davam etdirilir. Həmin prosesdə beynəlxalq və yerli mütəxəssislərlə yanaşı, işəgötürənlərin iştirakına da xüsusi önəm verilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, peşə standartları işçinin yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur. Həmin standartlar əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır.
Nazirlik ölkəmizin ərazisində fəaliyyət göstərən dövlət orqanları və təşkilatların, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərin, fiziki şəxslərin, habelə xarici hüquqi şəxslərə aid filial və nümayəndəliklərin nəzərinə çatdırır ki, peşə və kvalifikasiya standartlarının hazırlanması ilə bağlı öz təkliflərini verə bilərlər.
Onlar yeni peşə və kvalifikasiya standartlarının hazırlanması məqsədilə əmək bazarında ehtiyac duyulan peşələrin müəyyənləşdirilməsi və müzakirələr prosesində əməkdaşlığa dəvət edilir.
İşəgötürənlər ötən dövr ərzində hazırlanmış və hazırlanmaqda olan standartların siyahısı ilə nazirliyin rəsmi saytındakı müvafiq altbölmədə (http://sosial.gov.az/pesestandartlari) tanış ola, zəruri hesab etdikləri peşə və kvalifikasiyalar üzrə standartların hazırlanması üçün peşələrin siyahısını 2020-ci il sentyabrın 1-dək nazirliyə təqdim edə bilərlər (e-mail: shalala.mardalieva@sosial.gov.az).
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35

