/ / ADA Universiteti Aİ məsələləri üzrə Bilik Mərkəzinin təşkilatçılığı ilə Regional Enerji Təhlükəsizliyi Simpoziumu keçirilib
ADA Universiteti Aİ məsələləri üzrə Bilik Mərkəzinin təşkilatçılığı ilə Regional Enerji Təhlükəsizliyi Simpoziumu keçirilib
15.08.2020 [01:05]
ADA Universitetinin Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzi ABŞ Hərbi Dəniz Qüvvələrinin Ali Məktəbi (“Naval Postgraduate School’’ - NPS), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, NATO Enerji Təhlükəsizliyi Bilik Mərkəzi (ENSEC COE) və BP ilə birgə Azərbaycan, Gürcüstan və Türkiyədə enerji və beynəlxalq təhlükəsizlik sahəsində çalışan dövlət qulluqçuları və peşəkarlar üçün avqustun 11-dən 14-dək Regional Enerji Təhlükəsizliyi Simpoziumu keçirib. Mövcud pandemiya vəziyyəti nəzərə alınaraq, Simpozium ilk dəfə virtual formatda baş tutub.
AZƏRTAC xəbər verir ki, Simpoziumun əsas məqsədi müvafiq sahədə çalışan peşəkarların enerji təhlükəsizliyinin geosiyasi və iqtisadi əhəmiyyəti, bu sahədəki müasir təhdidlər və təhlükələr, risk və ehtimallar, onların növləri və səbəbləri, təhlükələr ilə mübarizə yolları və onların aradan qaldırılması üçün atılacaq addımlar, habelə enerji təhlükəsizliyi sahəsində dövlət siyasətinin qurulmasının əsasları haqqında biliklərini təkmilləşdirmək və bu sahədə olan xarici təcrübəni öyrənməkdir.
“Artıq üçüncü ildir ki, NATO Enerji Təhlükəsizliyi Bilik Mərkəzi ADA Universiteti və ilə birgə enerji təhlükəsizliyi üzrə regional proqramı həyata keçirir və biz bundan məmnunluq duyuruq. Bu il Simpoziumu virtual formatda təşkil etmək zərurəti yarandı. Bu format bizə əvvəlki illərlə müqayisədə regiondan, xüsusilə Türkiyə və Gürcüstandan daha çox iştirakçı cəlb etmək imkanı verdi. Ümid edirəm ki, növbəti il ABŞ, Azərbaycan, Türkiyə və Gürcüstanın, habelə NATO və Aİ-nın qarşılıqlı maraqlarını bölüşdüyü bu strateji əhəmiyyəti olan mövzunu müzakirə etmək üçün ənənəvi formatda toplaşa biləcəyik”, - deyə Simpoziumun təşkilatçılarından olan ABŞ Hərbi Dəniz Qüvvələrinin Ali Məktəbinin professoru Daniel Nussumbaum tədbirin bağlanışında bildirib.
Simpoziumda Azərbaycan, Gürcüstan və Türkiyədən enerji və təhlükəsizlik məsələləri üzrə məsul 40-a yaxın hökumət, qeyri-hökumət və biznes strukturlarının nümayəndələri iştirak edib. Proqram dörd gün ərzində davam edib və proqram çərçivəsində SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Morninqstar, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, ABŞ Hərbi Dəniz Qüvvələrinin Ali Məktəbinin professoru xanım Brenda Şaffer çıxış ediblər.
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer vurğulayıb ki, ABŞ Azərbaycan müstəqillik əldə etdiyi gündən bəri iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq edərək ölkənin müstəqilliyini, sabitliyini, rifahını həmişə dəstəkləyib və bundan sonra da dəstəkləməyə davam edəcək. ABŞ, həmçinin “Cənub Qaz Dəhlizi” layihəsini və ona qoşulan şirkətləri dəstəkləyir.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərini yüksək qiymətləndirib. O, Türkiyənin böyük nümayəndə heyətinin bu günlərdə Azərbaycana səfərinin bunun əyani ifadəsi olduğunu vurğulayıb.
Çıxışlar və müzakirələr çərçivəsində Azərbaycan neft və qaz nəqli sistemlərinin önəmi və təhlükəsizliyi, regionda geosiyasi iqlim, dövlət-özəl tərəfdaşlığı və digər mühüm mövzular müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20

