Koronavirusa qarşı mübarizədə həlledici amil vətəndaş məsuliyyətidir
12.08.2020 [09:06]
Ekspertlərin fikrincə, pandemiyaya qarşı mübarizənin effektiv olması üçün insanlar müəyyən olunmuş qaydalara ciddi riayət etməlidirlər
Azərbaycanda dövləti yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısını almaq və vətəndaşların sağlamlığını qorumaq üçün ardıcıl və məqsədyönlü tədbirlərini davam etdirir. Bununla yanaşı, ekspertlərin qənaətinə görə, COVİD-19-la mübarizənin səmərəli olması üçün dövlətin gördüyü işlərə ictimai dəstəyin davamlı olması zəruridir. Yəni vətəndaşların üzərinə düşən əsas vəzifə tətbiq olunan müvafiq qaydalara əməl etmək, sosial məsafəni gözləmək və qoruyucu vasitələrdən istifadə etməkdir.
Sanitar-gigiyenik normalara əməl edilməli və tibbi maskadan istifadə olunmalıdır
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Kamilə Əliyeva deyib ki, yumşalmalardan sonrakı mərhələdə belə karantin rejiminin qaydalarına riayət olunmalıdır. Onun sözlərinə görə, tibbi maskadan istifadə, sosial məsafənin saxlanılması, sanitar-gigiyenik qaydalara riayət olunması mütləq şərtdir: “Unutmaq olmaz ki, pandemiya hələ sona çatmayıb. Koronavirusun yayılması prosesi bütün dünyada tüğyan edir. Bəzi Avropa ölkələrində yenidən sərt karantin rejimi tətbiq olunur. Əgər sərt karantin rejimi şəraitində yaşamaq istəmiriksə, məsuliyyətli olaq və qayda-qanunlara riayət edək. Hazırda sağalanların sayı gündəlik yoluxmanın sayını bir neçə dəfə üstələyir. Hesab edirəm ki, ciddi karantin nəticəsində əhalinin daha çox evdə qalması, kütləvi toplantıların, gəzintilərin olmaması, insanlar arasında yaxın təmasların kəskin azalması bu nəticənin əldə olunmasında mühüm rol oynadı”.
Deputatın sözlərinə görə, hər kəs bilməlidir ki, bütün görülən tədbirlərin müsbət nəticə verməsi üçün vətəndaş məsuliyyəti mühüm əhəmiyyət kəsb edir.
Çimərliklərdə ara məsafəsinin qorunmaması COVİD-19-a yoluxma riskini dəfələlərlə artırır
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva isə bildirib ki, hazırda insan kütləsi ilə dolu olan çimərliklər COVİD-19-a yoluxma baxımından ən riskli ərazilər hesab edilə bilər, buna görə də əhali bu amili mütləq nəzərə almalıdır. Onun sözlərinə görə, insanların çox toplaşdığı çimərliklərdə ara məsafənin qorunmaması COVİD-19-a yoluxma riskini dəfələlərlə artırır. İnsanların sıx toplaşdığı çimərliklərə getməyin riskli olduğunu deyən Y.Abdiyeva bildirib ki, çimərliklərlə bağlı istifadəyə verilən “cimerlik.az” saytı bu məkanlardakı son vəziyyəti öyrənmək üçün ən yaxşı imkandır: “Əgər biz öz həyatımızı, eləcə də yaxınlarımızın həyatını qorumaq istəyiriksə, diqqətli olaq və belə məqamları unutmayaq, onlara xüsusi diqqət edək. Bizim kiçik bir səhlənkarlığımız bu virusa yoluxma sayını yenidən artıra bilər”.
“Düzdür, hazırda yoluxma sayı azalır və bu, bizi sevindirir. Ancaq unutmayaq ki, təhlükə hələ bizimlədir və məsuliyyətsiz davranış nəticəsində yoluxma sayı istənilən vaxt arta bilər”, - deyə Yazgül Abdiyeva əlavə edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

