Koronavirusa qalib gəlmək üçün həmrəylik nümayiş etdirmək lazımdır
04.07.2020 [10:00]
Ekspertlərin qənaətinə əsasən, pandemiyadan qurtulmağın əsas şərtlərindən biri vətəndaşların məsuliyyətli davranış sərgiləmələridir
Azərbaycan yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasına qarşı effektiv mübarizə aparan dövlətlərdəndir. Lakin mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da xəstəliyin yayılma sürətini artırdı, gündəlik təsdiq edilmiş halların sayı 500-ü ötdü. Bu səbəbdəndir ki, bəzi regionlarımızda tətbiq edilən ciddi karantin rejimi iyulun 20-nə kimi uzadılıb. Bundan başqa, sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyi bölgələrin sayı da artırılaraq 16-ya çatdırılıb. Təbii ki. bu sərtləşdirmə epidemioloji vəziyyətin qənaətbəxş olmamasından irəli gəlir. Vurğulanmalıdır ki, gündəlik yeni yoluxan xəstələrin sayının sağalanların sayından artıq olması bu cür sərt qadağaların tətbiqini zəruri edir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Nəsib Məhəməliyev ölkəmizdə pandemiyanın yayılmasına və təsirlərinin azaldılmasına qarşı dövlətimiz tərəfindən yüksək səviyyədə tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Millət vəkili bildirib ki, bir sıra bölgələrimizdə ciddi karantin rejiminin uzadılması zərurətdən irəli gəlir: "Pandemiyanın təsirlərinin tam aradan qaldırılmasının vacib şərti vətəndaşların məsuliyyətli davranışlarıdır. Bu faktdır ki, bəzi insanlar karantin qaydalarına riayət etmir, tiibbi maskalardan istifadə olunmur, sosial məsafə qorunur. Bu isə pandemiyaya qarşı mübarizədə tam effektiv nəticənin əldə olunmasına maneə yaradır. Hər kəs bilməlidir ki, üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir və bu problemin qısa müddətli, asan həlli yoxdur. Yeganə çıxış yolu qaydalara riayət etmək və davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmaqdır. Bu gün qaydaların pozulmasına qarşı inzibati tədbirlər görülür, cərimə və digər sanksiyaların tətbiqi gücləndirilir. Amma vətəndaşlar bilməlidilər ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər tez bu vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq".
Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov da bildirib ki, infeksiyanın yayıldığı ilk günlərdən ölkəmizdə bu virusla mübarizənin yüksək səviyyədə təşkili üçün lazımi qərarlar qəbul olunub. Onun sözlərinə görə, bəzi insanların qaydaları pozması, karantin rejiminə əməl etməməsi çox ciddi narahatlıq yaradır. Hamı və hər kəs bu işdə nümunə göstərməlidir: "Biz bu gün Prezident İlham Əliyevin irəli sürdüyü "Biz birlikdə güclüyük" şüarına əsaslanaraq milli birlik, vətəndaş həmrəyliyi və sosial məsuliyyət hissi nümayiş etdirməliyik. Bu sahədə hər kəsin vətəndaş məsuliyyəti xüsusi əhəmiyyət daşıyır. Bütün dünyanın mübarizə apardığı koronavirusdan qorunmaqda, onun yayılmasının qarşısını almaqda təsirli vasitələrdən biri olan tibbi maskadan istifadə bu gün çox vacibdir. İndi hər kəs qaydalara riayət etməli, öz sağlamlığını nəzarətdə saxlamalı, gigiyena qaydalarına əməl edərək qoruyucu maskadan istifadə etməlidir. Vətəndaşlarımız bilməlidir ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Cəmiyyət olaraq sona qədər həmrəylik nümayiş etdirəcəyimiz halda bu mürəkkəb vəziyyətdən çıxa biləcəyik".
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

