Azərbaycan Hökuməti ilə BMT arasında əməkdaşlıq məsələləri müzakirə olunub
19.06.2020 [08:58]
İyunun 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın BMT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri, rezident əlaqələndirici Qulam İsaqzai ilə onlayn görüşü keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görüş çərçivəsində BMT-nin Azərbaycan Hökuməti ilə əməkdaşlığı, onun müvafiq qurumları ilə Komitənin birgə fəaliyyəti, qurumun Dayanıqlı İnkişaf üzrə Çərçivə Sənədinin gender komponentinin, “Qadın məşğulluğunun təminatı ilə bağlı Milli Fəaliyyət Planı”na dəstəyin göstərilməsi və icrasına dair, o cümlədən COVID-19-la bağlı yaranan mövcud vəziyyət, bununla əlaqədar görülən tədbirlər və digər məsələlər müzakirə olunub.
Qulam İsaqzai çıxışında keçən ilin ortalarından başlayaraq dövlət qurumları, vətəndaş cəmiyyəti və digər tərəfdaşlar tərəfindən keçirilən görüş və aparılan müzakirələrin nəticəsində artıq BMT- Azərbaycan Çərçivə Sənədinin yekunlaşmaq üzrə olduğunu bildirib. Qeyd edilib ki, 2021-2025-ci illəri əhatə edən bu sənədin əsas komponenti Dayanıqlı İnkişaf Məqsədləri daxilində gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsidir.
Komitə sədri Bahar Muradova beynəlxalq təşkilatlar, eləcə də qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlığın davam etdirilməsinin önəmini qeyd edərək, əməkdaşlığın daha da gücləndirilməsi və müsbət təcrübə mübadiləsinin aparılmasının bu istiqamətdə fəaliyyətin genişləndirilməsinə imkan yaradacağını diqqətə çatdırıb.
O, eyni zamanda, Dayanıqlı İnkişaf üzrə BMT-Azərbaycan Çərçivə Sənədindən irəli gələn və yeni dövrün tələblərinə uyğun vəzifələrin həyata keçirilməsində Komitənin əməkdaşlığa hazır olduğunu bildirib.
B.Muradova bu il Komitə tərəfindən ilk dəfə olaraq “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Milli Məclisə hesabat verəcəyini qeyd edib.
Azərbaycan Respublikasında “Qadın məşğulluğunun təminatı ilə bağlı 2021-2023-cü illəri əhatə edən” Fəaliyyət Planını diqqətə çatdıran Komitə sədri hazırda müəyyən təhlillər aparıldığını və bir sıra yeni fəaliyyət mexanizmlərinin yaranması istiqamətində sənədlərin hazırlandığını diqqətə çatdırıb.
Qadınların əmək bazarına çıxış imkanlarının artırılması, qadınlar arasında sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsi, işsiz və işaxtaran qadınların peşə hazırlığının təmin edilməsinə kömək edən xüsusi tədbirlərin həyata keçirilməsini, eləcə də mövcud qanunvericiliyə dəyişikliyin edilməsi məsələlərinin əhəmiyyətli olduğunu qeyd edən Komitə sədri bütün bunların DİM-lərdə də öz əksini tapdığını vurğulayıb.
Görüş çərçivəsində COVID-19 pandemiyası dövründə dünyada qadın və uşaqlara qarşı baş verən zorakılıq halları, həmçinin gender əsaslı zorakılıqla bağlı görülən işlər və gələcəkdə həyata keçirilməsi vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

