Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
22.02.2020 [10:37]
Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində tədbir keçirilib, “Sonsuz dəhliz” filmi nümayiş olunub.
İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Səbail rayonu 6 və 189-190 nömrəli orta məktəblərinin və 132-134 nömrəli Təhsil Kompleksinin şagirdlərinin hazırladıqları sərgi ilə tanış olublar.
Tarixçi alimlər, ziyalılar, paytaxtın ali məktəblərinin tələbələri, gənclər, mədəniyyət işçiləri, könüllülərin iştirakı ilə faciənin ildönümünə həsr olunmuş tədbiri Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov açaraq Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə məlumat verib. Bildirilib ki, bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz Onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün işlərə başlanıb.
O, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini ifadə edib.
Tədbirdə AMEA Tarix İnstitutunun şöbə müdiri, professor Kərim Şükürov, Dövlət İdarəçilik Akademiyasının müəllimi, professor Həvva Məmmədova, faciənin canlı şahidi Ramin Quliyev və başqaları çıxış edərək Xocalıda ermənilərin törətdiyi vəhşiliklərdən danışıb, “Sonsuz dəhliz” filminin Xocalı həqiqətlərinin geniş ictimaiyyətə, xüsusilə xarici ölkələrdə yaşayan vətəndaşlara obyektiv çatdırılmasında böyük rolu olacağını vurğulayıblar. Çıxışçılar ölkə rəhbərinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildiriblər.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində litvalı kino rejissor Andreas Brokasın çəkdiyi “Sonsuz dəhliz” filmi nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55

