Multikulturalizm Mərkəzi “Qafqaz Albaniyasının etno-mədəni irsi” adlı kitab çap edib
17.01.2020 [09:20]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Qafqaz Albaniyasının etno-mədəni irsi” adlı yeni nəşri işıq üzü görüb.
BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan, rus və ingilis dillərində təqdim olunan nəşrdə Qafqaz Albaniyasını tarixi, arxeoloji, etnoloji, etnoqrafik, memarlıq və incəsənət aspektindən tədqiq edən məqalələr toplanıb. Rusiya, Polşa, Türkiyə, Norveç, İtaliya, Yaponiya və Azərbaycan alimlərinin araşdırmalarından ibarət topluda ermənilərin Qafqaz Albaniyası irsini sahiblənməsi faktlarına da aydınlıq gətirilib.
Mazzola Françeskonun “Antik xristian Qafqaz memarlığı”, Olbrayt Marek Janın “Parfiya dövründə Albaniya”, Vegge Byornun “Qüdsdən Kişə aparan yol”, Hiros Yokonun “Dağlıq Qarabağla bağlı kompleks perspektivlər: azərbaycanlılar və ermənilərin baxışlarının müqayisəsi” və digər bu kimi məqalələr əsaslı tədqiqatın və dərin təhlilin nəticəsidir. Toplunun Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də nəşri Qafqaz Albaniyası həqiqətlərini beynəlxalq səviyyədə təqdim etmək imkanı yaradır.
Qafqaz Albaniyası Azərbaycanın tarixi-mədəni irsi və onun ayrılmaz tərkib hissəsidir. “Qafqaz Albaniyasını öyrənirik” layihəsi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətə başladığı ilk günlərdən həyata keçirdiyi önəmli layihələrdən biridir. Layihə çərçivəsində Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi, coğrafiyası, əhalisi ilə bağlı yerli və xarici ölkə alimlərini araşdırmaları diqqət mərkəzində saxlanılır. Tədqiqatların geniş auditoriyaya çatdırılması məqsədilə mütəmadi olaraq konfranslar, təqdimatlar və dəyirmi masalar təşkil edilir.
“Qafqaz Albaniyasının etno-mədəni irsi” məqalələr toplusunun ön söz müəllifi və baş redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev, ideya müəllifi və elmi məsləhətçisi BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, elmi redaktorlar AMEA-nın müxbir üzvü professor Fəridə Məmmədova və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Ülviyyə Hacıyeva, nəşrə məsul BBMM-in icraçı direktoru Rəvan Həsənov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadədir.
Məqalələr toplusunun BBMM tərəfindən “Azərbaycan multikulturalizmi” fənninin tədris edildiyi dünyanın nüfuzlu ali təhsil ocaqlarında və mərkəzin xarici ölkələrdə fəaliyyət göstərən filiallarında təqdimatlarının keçirilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

