Azərbaycan turizmini dünyada tanıdan jurnalın təqdimatı keçirilib
14.01.2020 [16:39]
Yanvarın 14-də Azərbaycan Turizm Bürosu tərəfindən nəşr edilən "Experience Azerbaijan" jurnalının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid jurnalın xarici vətəndaşlara Azərbaycan, həmçinin ölkəmizin turizm potensialı haqda ətraflı məlumat təqdim etdiyini bildirib: "Bu il biz Turizm Bürosunun Ukrayna, Qazaxıstan, Cənubi Koreya Respublikası və Yaponiyada yeni nümayəndəliklərini açmağı düşünürük. Həmçinin Azərbaycanı ziyarət edən potensial turistlərlə əməkdaşlığımızı möhkəmləndirməyi planımıza daxil etmişik. Bunun üçün belə müştərilərlə ünsiyyətimizi xarici dillərdə aparacağıq. Çalışacağıq ki, ölkəni ziyarət edən turistlər kommersiya məqsədi güdməyən layihələrə etibar etsinlər. Jurnal tam olaraq yerli məhsuldur və əcnəbi redaktorların köməyi ilə ərsəyə gəlib".
Sonra çıxış edən jurnalın baş redaktoru Tomas Marsden bildirib ki, Azərbaycana gəldiyi gündən ölkəmizi yenidən özü üçün kəşf edib və insanların zəngin bir mədəniyyətə malik olduğunu anlayıb. Baş redaktor deyib ki, jurnalın məzmunu üç hissədən ibarətdir: "İlk olaraq məqsəd regionu turistlərə tanıtmaq üçün azərbaycanlı vətəndaşların dili ilə çıxış etmək, görməli yerləri, bu ölkənin mədəniyyətini, inanılmaz rəngarəngliyini çatdırmaqdan ibarətdir. Jurnal, eyni zamanda, bir növ bələdçi kimi çıxış edir".
Jurnalda dərc olunan "The Ultimate Guide to Baku’s Nightlife" məqaləsinin müəllifi Alla Qaraqaşlı isə bildirib ki, jurnal ildə iki dəfə olmaqla mart və sentyabr aylarında işıq üzü görəcək. Qeyd olunub ki, jurnalın budəfəki nömrəsi 15 min tirajla çap olunub və Azərbaycanın xaricdə yerləşən bütün səfirliklərinə, beynəlxalq sərgi və yarmarkalara, o cümlədən ölkəmizdə fəaliyyət göstərən əksər hotellərə paylanılıb: "Potensial ziyarətçilər hər zaman yeni məkanlara səyahət edərkən hara gedəcəkləri barədə soruşurlar. İndi bu jurnal onlar üçün vahid mənbəyə çevrilib. Burada məqsəd jurnalın dəyərini qoruyub saxlamaqdır".
Təqdimat mərasimində o da bildirilib ki, jurnalda Azərbaycanın turizm potensialı, görməli yerləri, turizmin müxtəlif növləri üzrə ixtisaslaşmış məkanları, hər il keçirilən festivallar, turistlərin diqqətini cəlb edən milli bayramlar, adət-ənənələr, milli mətbəx nümunələri və s. barədə ətraflı məlumat təqdim olunub. Jurnalda Çinarə Məcidova, Fuad Axundov, Mark Elliott, Fəridə Buyuran və digər müəlliflərin məqalələri yer alıb.
Qeyd edək ki, jurnalı onlayn formada http://bit.ly/35Qn8qu keçidindən istifadə edərək pulsuz əldə etmək mümkündür.
Xəbər lenti
Hamısına baxDünya
25 May 10:18
Dünya
25 May 09:54
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13

