Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Miqrasiya Könüllülərinin 2020-ci il “Könüllülər ili” üçün nəzərdə tutulmuş Tədbirlər Planı təsdiq olunub

Miqrasiya Könüllülərinin 2020-ci il “Könüllülər ili” üçün nəzərdə tutulmuş Tədbirlər Planı təsdiq olunub

14.01.2020 [09:20]

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Prezident İlham Əliyevin Sərəncamına əsasən 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi ilə əlaqədar “Miqrasiya Könüllüsü” İctimai Birliyinin idarə heyətinin üzvləri ilə görüşüb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, ötən il miqrasiya könüllüləri tərəfindən həyata keçirilmiş uğurlu layihələri yüksək qiymətləndirən Xidmət rəisi cari ildə də gənclərin fəaliyyətinin diqqətdə saxlanılacağını, onlara dəstək veriləcəyini bildirib. Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ölkəmizdə könüllü gənclərin fəaliyyətinə verilən ən yüksək dəyərdir. Dövlətimizin başçısının Sərəncamı son dövrlərdə könüllülük hərəkatının geniş vüsət alması işinə güclü təkan verəcək.
Görüşdə gənclərin şəxsi inkişafına, dünyagörüşlərinin artırılmasına və asudə vaxtlarının səmərəli təşkilinə dair müxtəlif mövzularda layihələr ətrafında geniş müzakirələr aparılıb.
Tədbirdə “Miqrasiya Könüllüsü” İctimai Birliyinin bu il üçün nəzərdə tutulmuş tədbirlər planı təsdiq olunub.
Sonda V.Hüseynov miqrasiya könüllülərinə fəaliyyətlərində uğurlar arzulayıb və bu il onların fərqli layihələrlə daha böyük uğurlar qazanacağına əminliyini bildirib.
Tədbirlər planına əsasən miqrasiya könüllüləri tərəfindən tezliklə “Hüquq və gənc hüquqşünaslar” layihəsi həyata keçiriləcək və bu sahə üzrə bilik və təcrübəsini artırmaq istəyən gənclərin sənədlərinin qəbulu elan ediləcək.

Paylaş:
Baxılıb: 550 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Kreditlə istirahət

21 İyul 11:55

Ədəbiyyat

Mədəniyyət

Yeni proqram...

21 İyul 10:59

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31