“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib
27.12.2019 [10:04]
IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, uşaqların ətraf mühit barədə biliklərinin artırılması məqsədini daşıyan laboratoriyanın dekabr təlimi tullantıların azaldılması, təkrar emalı və təkrar istifadəsi mövzusuna həsr olunub.
Yeni il ərəfəsində baş tutan təlim zamanı uşaqlara təbiətə zərər vermədən Yeni il küknarının hazırlanması və bəzədilməsi yolları nümayiş edilib, tullantılar və onların təkrar emalı prosesi, bu prosesin planetimiz, xüsusilə də canlı aləm üçün əhəmiyyəti izah edilib. Təlim müddətində gənc təbiətsevərlər əyləncəli oyun və bilik yarışmalarında, bir sıra sınaqların keçirilməsində iştirak ediblər.
Təlimin sonunda IDEA İctimai Birliyi tərəfindən kiçik ekoloqlara Yeni il hədiyyələri təqdim edilib.
Qeyd edək ki, 2015-ci ilin yanvar ayından həyata keçirilən “Uşaqlar üçün ekoloji laboratoriya” təlimi uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də onların kiçik yaşlarından ekoloji biliklərə sahib olmaları baxımından da əhəmiyyətlidir. Layihə çərçivəsində hər ay mütəmadi olaraq iqlim dəyişmələri və qlobal istiləşmə, “yaşıl şəhər”, tullantılar və onların təkrar emalı, ilin fəsilləri və ağaclar, atmosfer çirklənməsi, ekoloji təmiz və sağlam qida, suyun xüsusiyyətləri və onun qorunması, enerji və ona qənaət, heyvanlar və onlara qayğı kimi müxtəlif ekoloji mövzuları əhatə edən təlimlər keçirilib. Ümumilikdə, 2000-ə yaxın uşaq ekoloji laboratoriyanın qonağı olub.
IDEA İctimai Birliyinin Resurs Mərkəzlərində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da növbəti ildən iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

