Ombudsman 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə tədbir keçirib
11.12.2019 [10:05]
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) BMT-nin ölkə ofisi ilə birgə 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Hüquqlar hamı üçün!” mövzusunda jurnalist yazıları, həmçinin “Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinin yekunlarına həsr olunmuş tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ombudsman Səbinə Əliyeva Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə iştirakçıları təbrik edib, bu əlamətdar günün əhəmiyyəti barədə ətraflı məlumat verib.
Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi hüquqi islahatların insanların sosial rifah halının, layiqli həyat səviyyəsinin yüksəldilməsinə, vətəndaş məmnunluğuna, hüquq bərabərliyinin qanunvericilikdə və icra prosesində təmininə, habelə dayanıqlı inkişafa yönəldiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu il BMT-nin İnsan Hüquqları üzrə ali komissarı xanım Mişel Baçeletin “Gənclər - insan hüquqlarının müdafiəsində fəal ol” çağırışı cəmiyyətimizin fəal üzvlərindən olan gənclərimizin insan hüquq və azadlıqlarının müdafiəsi işində daha da yaxından iştirak etməsini özündə ehtiva edir.
Ombudsman vurğulayıb ki, Prezident İlham Əliyevin 2014-cü il 8 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni platformaların yaradılması haqqında layihə sənədi təsdiq edilib. Hazırda layihə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-in) təbliği, DİM üzrə gənc səfirlərin seçilməsi və DİM üzrə könüllü milli hesabatların hazırlanmasında gənclərin iştirakı, Azərbaycanda könüllülük fəaliyyətinin genişləndirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması kimi istiqamətlərdə uğurla davam etdirilir.
Müvəkkil gənclərin hüquqi cəhətdən maarifləndirilməsinin, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinin insan hüquq və azadlıqlarının müdafiəsini daha da səmərəli təmin etmək baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, əhalinin müxtəlif sosial qruplarının, o cümlədən yetkinlik yaşına çatmayanların, əlilliyi olan şəxslərin, gənclərin hüquqlarının daha da səmərəli təmini istiqamətində dövlət qurumları və vətəndaş cəmiyyətinin əməkdaşlığının əhəmiyyətini önə çəkib.
Tədbirdə Ombudsmanın Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi olaraq keçirdiyi “Hüquqlar hamı üçün!” mövzusunda jurnalist yazıları, həmçinin “Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinin qalibləri elan olunub və mükafatlandırılıblar.
Jurnalistlər Hakıyeva Səadət (Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC), Əfəndiyev Pünhan (“Üç nöqtə” qəzeti) I yerə, Əliyev Seymur (Moderator.az saytı), Əliyev Azad (“Həftə içi” qəzeti) II yerə, Nəbili Emin (Ucnoqta.az saytı) və Əlifov Nazim (“Savalan” qəzeti) III yerə layiq görülüb, sertifikatlar və pul mükafatları alıblar.
Qeyd edək ki, builki uşaq rəsm müsabiqəsinə Bakıdan və regionlardan olmaqla 333 uşağın 350-dən çox rəsm işi təqdim olunub və peşəkar rəssam tərəfindən qiymətləndirilib.
Rəsm müsabiqəsinə qoşulmuş, Bakının və respublikamızın müxtəlif rayonlarını təmsil edən uşaqlar Aslanova Sofiya, Əliyeva Zəhra I, Zalova Leysan, Zeynallı Aynur II, Ələkbərov Fuad və Kərimli Yusif III yerləri tutublar, onlara sertifikatlar və pul mükafatları təqdim edilib. Rəsmləri fərqləndirilən 20 məktəbli isə həvəsləndirici sertifikatlarla təltif olunublar. Qaliblər sırasında məcburi köçkün ailələrindən olan, paytaxt və bölgələrdəki ümumtəhsil məktəblərini, uşaq-gənclər inkişaf mərkəzlərini, təsviri sənət qalereyalarını təmsil edən istedadlı uşaqlar var. Müsabiqəyə təqdim edilən bütün rəsmlər mövzularının aktuallığı və işlənmə texnikasının rəngarəngliyi ilə diqqəti cəlb edir.
Xəbər lenti
Hamısına baxSosial
22 İyul 09:41
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15

