/ / Bakıda “Dini maarifləndirmə işinin təşkilində dini ədəbiyyatın yeri və rolu” mövzusunda konfrans keçirilib
Bakıda “Dini maarifləndirmə işinin təşkilində dini ədəbiyyatın yeri və rolu” mövzusunda konfrans keçirilib
10.12.2019 [09:53]
Dekabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkilində dini ədəbiyyatın yeri və rolu” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində DQİDK, Qafqaz Müsəlmanları İdarəsi, Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan Bibliya Cəmiyyəti tərəfindən nəşr edilən kitablar sərgilənib. Sərgidə milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın tolerant və multikultural ideyalarının və ənənəvi dini dəyərlərinin təbliği, dövlət-din münasibətlərinin fəlsəfi-siyasi, hüquqi əsasları və sosial-analitik təhlili, həmçinin dini maarifləndirmə işinin təşkili məqsədilə bir sıra kitab, kitabça və digər məlumat materialları nümayiş olunub.
Konfransda DQDİK və Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, Bakıdakı mərkəzləşmiş kitabxanaların və nəşriyyatların direktorları, din xadimləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə sərgi ilə tanış olublar.
DQİDK sədri Mübariz Qurbanlı bildirib ki, son illərdə ölkədə ümumi sayı təqribən 550 mindən çox 212 adda dini ədəbiyyat nəşr edilib. Onlardan 14-ü dövlətin din siyasətinə, 34-ü multikulturalizm və tolerantlığa,114-ü milli-mənəvi dəyərlərimizə həsr olunub. Əsas istiqamətlərdən biri olan dini radikalizmlə mübarizə mövzusunda isə 50 adda ədəbiyyat nəşr olunub. M.Qurbanlı vurğulayıb ki, Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 2018-2019-cu illərdə 43 adda kitab nəşr olunub ki, gələn ilin əvvələrinə qədər bu sayın 94-ə çatdırılması nəzərdə tutulub. O bildirib ki, bu kitabların nəşr edilməsinin, yayılmasının məqsədi mənəvi dəyərlərimizin, tolerantlıq və multikultural ənənələrimizin, dövlət başçımızın həyata keçirdiyi dövlət-din münasibətlərinə aid siyasətin ictimai rəyə təqdim edilməsidir.
QMİ sədrinin birinci müavini, müfti Hacı Salman Musayev təşkil edilən bu qəbildən konfransların əhəmiyyətini vurğulayaraq bildirib ki, Dövlət Komitəsinin nəşr etdiyi dini ədəbiyyatın Azərbaycan dili ilə yanaşı, xarici dillərdə də çap olunması və yayılması ölkəmizə xas dini mədəniyyətin daha geniş oxucu kütlələrinə çatdırılmasına rəvac verir.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov təşkil edilən kitab sərgisinə tədbir iştirakçıları tərəfindən böyük maraq göstərildiyini diqqətə çatdırıb. O qeyd edib ki, rəhbərlik etdiyi qurumun iştirak etdiyi beynəlxalq sərgilərdə Azərbaycandakı dövlət-din münasibətlərinə, milli-mənəvi dəyərlərə, dini etiqad azadlığına həsr olunmuş kitablar nümayiş etdirilir, bu da digər ölkələrin nümayəndələri tərəfindən böyük maraqla qarşılanır.
DQİDK tərəfindən nümayiş etdirilən ədəbiyyatın əhəmiyyətli məzmun xəttinə malik olması barədə danışan Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov bildirib ki, dinin hüquqi, pedaqoji, sosioloji, fəlsəfi mahiyyətinin əks olunduğu kitablar istər dini maarifləndirmə, istərsə də elmi tədqiqat işlərində vacib mənbə kimi istifadə oluna bilər.
Xəbər lenti
Hamısına baxGündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Sosial
22 İyul 09:41
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40

