Ədliyyə naziri bank sektorunun təmsilçiləri ilə görüşüb
29.11.2019 [09:46]
Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi müşavirədə verdiyi tapşırıqlardan irəli gələn vəzifələr dərhal Ədliyyə Nazirliyində müzakirə olunaraq zəruri tədbirlər görülüb, o cümlədən ötən ay bankların məsul təmsilçiləri ilə dəyirmi masa keçirilib. Bankların hüquqlarının məhkəmə müdafiəsinin və icra işinin yaxşılaşdırılması, bu sahədə qarşıya çıxan problemlərin operativ həlli məqsədilə birgə işçi qrupları yaradılaraq qısa müddətdə səmərəli fəaliyyət göstərib.
Bu sahədə iş daim nəzarətdə saxlanılmaqla Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən bank sektorunun bir qrup rəhbər şəxsləri ilə görüş keçirilib. Tədbirdə işçi qrupları tərəfindən görülən işlər barədə məlumat dinlənilib və qarşıda duran məsələlər müzakirə olunub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir ölkə iqtisadiyyatının aparıcı sahələrindən olan banklarla ədliyyə orqanlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyətini qeyd edib, dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə həyata keçirilən, o cümlədən sahibkarlığın inkişafına və bank sektorunun fəaliyyətinin səmərəliliyinə xidmət edən kompleks qanunvericilik, institusional və praktiki tədbirlər barədə məlumat verib.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Prezident İlham Əliyevin tapşırıqlarının icrası ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən təxirəsalınmadan mühüm addımların atılmasını qeyd edib. O, ədliyyə sisteminin rəqəmsallaşmasını, o cümlədən bankların işinin asanlaşmasına xidmət edən “elektron məhkəmə” və “elektron icra” informasiya sistemlərinin, notariat və məhkəmə ekspertizası sahəsində innovasiyaların tətbiqini yüksək qiymətləndirib. Həmçinin bankların fəaliyyəti ilə bağlı qaldırılan məsələlərə nazirlik tərəfindən operativ reaksiya verilməsini və birgə işçi qrupların işinin müsbət nəticələrini vurğulayıb.
Görüşdə Ədliyyə naziri işçi qrupları tərəfindən işlərin davam etdirilməsi ilə bağlı aidiyyəti tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

