Quba soyqırımı haqqında yeni kitab
07.11.2019 [09:14]
Bu günlərdə “Azərbaycan” nəşriyyatı yazıçı-jurnalist Müzəffər Məlikməmmədovun “Qanlı dərə. 1918-ci il Quba faciəsi” kitabının əlavələr olunmuş və tamamlanmış ikinci nəşrini çapdan buraxıb.
AZƏRTAC xəbər verir ki, kitab Azərbaycan, Türkiyə, Rusiya, Dağıstan arxivlərinin sənədləri, həmin dövrün mətbuat orqanlarının materialları, işğalçılarla döyüşmüş insanların və qanlı hadisələrin şahidi olmuş adamların xatirələri əsasında qələmə alınıb.
Quba soyqırımının ilk tədqiqatçısı olan Müzəffər Məlikməmmədov erməni daşnaklarının və bolşeviklərin 1918-ci ildə Quba qəzasında törətdikləri qırğınlarla əlaqədar olaraq 40 ildən çox axtarışlar aparıb. Onun 2009-cu ildə işıq üzü görmüş “Qanlı dərə. 1918-ci il Quba faciəsi” kitabının birinci nəşri nəinki respublikamızda, həm də onun hüdudlarından kənarda geniş əks-səda doğurub. 2015-ci ilin mart ayında İsveçrənin Azərbaycanlılar Konqresinin 1918-ci ilin soyqırımı ilə bağlı bu ölkənin siyasi partiyalarının liderləri və İsveçrə parlamentinin üzvləri ilə birgə keçirdiyi tədbirdə digər sənədlər və kitablarla yanaşı “Qanlı dərə. 1918-ci il Quba faciəsi” kitabı da erməni daşnaklarının törətdikləri vəhşilikləri tutarlı faktlarla sübuta yetirən mənbə kimi təqdim olunub.
Respublikamızın ayrı-ayrı rayonlarından, xüsusən də şimal bölgəsinin rayonlarından 2 mindən çox oxucunun müraciətindən sonra müəllif kitabın əlavələr olunmuş və tamamlanmış ikinci nəşrini çapa hazırlamağı qərara alıb və axtarışları davam etdirib.
Quba soyqırımı tarixə ən dəhşətli qırğınlardan biri kimi düşüb. 1918-ci ildə işğalçı erməni-bolşevik qoşunları Quba qəzasında 167 kəndi dağıdıb, bunlardan 27-ni əhalisi ilə birlikdə yandırıb, 16 mindən çox müsəlmanı qətlə yetirib. Təpədən-dırnağa kimi silahlanmış nizami qoşun hissələrinə qarşı igidliklə döyüşən ləzgilər azərbaycanlılarla və başqa millətlərin nümayəndələri ilə birlikdə işğalçıların 5 mindən çox əsgərini tələf edib. Ona görə də Ulu Öndər Heydər Əliyev 1998-ci ilin oktyabrın 3-də Qusar rayonu seçiciləri ilə görüşü zamanı belə deyib: “Qanlı dərə”də 1918-ci ildə qusarlılar Azərbaycan xalqına təcavüz edən erməni millətçilərinin qarşısını alıb onları darmadağın etmişlər”.
Uzun illər apardığı tədqiqatlar müəllifə Quba qəzasının 1918-ci ildə erməni daşnaklarına və 1920-1928-ci illərdə bolşevik işğalçılarına qarşı döyüşlərdə fərqlənmiş yüzlərlə qəhrəman övladının siyahısını tərtib etməyə imkan verib.
Kitabın “Quba qəzasının şəhər və kəndlərinə vurulmuş ziyan sənədlərdə” adlı yeni bölməsində talanlara və qırğınlara məruz qalmış şəhər və kəndlərin minlərlə sakininin siyahısı verilib. Siyahılarda o vaxt konkret insanlara vurulmuş ziyan, həmçinin şəhər və ayrı-ayrı kəndlər üzrə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş insanların adları və soyadları göstərilib. Eyni zamanda, qırğın və talanlara məruz qalmış azərbaycanlıların yaşadıqları kəndlərin, ləzgi, tat, qrız və cek kəndlərinin tam siyahısı dərc olunub.
Yeni nəşrdə ilk dəfə olaraq, Quba qəzasında baş vermiş döyüşlər rəngli sxemlərlə oxuculara təqdim olunub. Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun çəkdiyi həmin sxemlər o vaxt işğalçılara qarşı döyüşlərin necə aparıldığı barədə aydın təsəvvür yaradır.
Kütləvi tirajla, nəfis tərtibatda çap olunmuş irihəcmli kitabın redaktoru tanınmış yazıçı-jurnalist Sədaqət Kərimova, hərbi məsləhətçisi ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, sponsoru respublikamızın neçə-neçə qələm sahibinin kitablarının çapına yardım etmiş iş adamı Sabir Fərzəliyevdir.
1918-ci ildə erməni daşnaklarının və bolşeviklərin Quba qəzasında törətdikləri soyqırımın 100 illiyi ilə əlaqədar qələmə alınmış yeni kitab həmin dövrdə işğalçılara güclü müqavimət göstərmiş, qeyri-bərabər və amansız döyüşlərdə həlak olmuş Quba, Qusar, Xaçmaz, Dəvəçi və Siyəzən rayonlarının qəhrəman övladlarının xatirəsinə ithaf olunub.
Xəbər lenti
Hamısına baxGündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30

