Fransanın coğrafi göstəricilərinin Azərbaycanda qorunması məsələləri müzakirə olunub
13.07.2019 [10:29]
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Fransanın Türkiyədəki səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri Fransua Viel və bu ölkənin Konyak Peşələrarası Milli Bürosunun (BNIC) hüquq departamentinin direktoru Eduard Dö Kervenoael ilə görüşüb.
Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Kamran İmanov dövlət başçısı İlham Əliyevin apardığı xarici siyasət sayəsində Azərbaycan və Fransa arasında dostluq və tərəfdaşlıq münasibətlərinin genişləndiyini, xüsusilə son illər Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində bu ikitərəfli əlaqələrin daha da inkişaf etdiyini nəzərə çatdırıb. O, əqli mülkiyyət sahəsinin inkişafına yönəlmiş institusional islahatlar nəticəsində keçən il Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Əqli Mülkiyyət Agentliyinin yaradıldığını və bir neçə qurumun vahid struktur altında birləşdirildiyini qeyd edərək Dünya Bankının “Doing Business - 2019” hesabatında Azərbaycanın 10 ən islahatçı dövlətlər sırasında olduğunu və Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatının “Əqli mülkiyyətin qorunması” indeksi üzrə Azərbaycanın dünyada 36-cı pillədə yerləşdiyini və hazırda Agentliyin qarşısında duran ən mühüm vəzifələrdən birinin dövlət başçısının apardığı islahatlara yardımçı olmaq və əqli mülkiyyət sahəsində innovasiyalı inkişafa dəstəyin verilməsindən ibarət olduğunu bildirib.
F.Viel artıq ikinci dəfə Azərbaycanda olduğunu və budəfəki gəlişinin Fransa Sahibkarlar Təşkilatının (MEDEF) nümayəndə heyətinin Bakıya səfəri ilə əlaqədar olduğunu qeyd edərək nümayəndə heyətinə 12 sahəni əhatə edən 45 şirkətin 70 nəfər əməkdaşının daxil olmasının Fransa sahibkarlarının Azərbaycana marağının necə yüksək olmasına dəlalət etdiyini nəzərə çatdırıb. O, ölkəsinin aqrar sahədə coğrafi göstəricilərin qorunması məsələsinə çox əhəmiyyət verdiyini və bunun kənd təsərrüfatı sahəsində milli strategiyasının prioritetlərindən olduğunu vurğulayıb.
F.Dö Kervenoael Bakı şəhəri haqqında ilk təəssüratlarından məmnun olduğunu bildirərək Fransanın Konyak şəhəri ilə Azərbaycanın Tovuz şəhəri arasında olan əlaqələr, Azərbaycan nümayəndə heyətinin Konyak şəhərinə səfərləri haqqında qısa məlumat verib. O, təmsil etdiyi BNIC təşkilatının əsas vəzifələrindən biri kimi dünya miqyasında “Konyak” coğrafi göstəricisinin qorunması olduğunu diqqətə çatdıraraq Azərbaycan və Avropa İttifaqı arasında coğrafi göstəricilərin qorunması sahəsində razılığın əldə olunmasından razı qaldıqlarını qeyd edib və bu sahədə Azərbaycanın şərab istehsalçılarına hüquqi və texniki yardımın göstərilməsinə hazır olduqlarını bildirib.
K.İmanov ölkəmizdə konyak istehsalının 200 illik tarixi olduğunu və bunun əsasən Azərbaycanda məskunlaşmış alman koloniyaları ilə bağlı olduğunu söyləyib. Agentliyin rəhbəri Sovetlər dövründə Azərbaycanın demək olar ki, ən çox üzüm istehsal edən ölkə olduğunu, ölkəmizdə dünyanın heç bir yerində olmayan şirin üzüm sortlarının yetişdirildiyini qeyd edərək bu sahədə əməkdaşlıq üçün böyük imkanların olduğunu vurğulayıb.
Görüşdə Agentlik və BNIC-in təşkilatçılığı ilə gələcək əməkdaşlıq üçün yol xəritəsinin hazırlanması və gələcəkdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə tədbirlərin keçirilməsi barədə razılıq əldə edilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

