Ulu Öndər Heydər Əliyevin Bərdəyə hər gəlişi rayon tarixinin şanlı səhifəsinə çevrilib
13.07.2019 [10:11]
Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu illərdə 14 dəfə Bərdəyə səfər edib, əmək adamları, sadə bərdəlilərlə unudulmaz görüşlər keçirib. Onun Bərdəyə hər gəlişi rayon tarixinin şanlı səhifəsinə çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başlamasının 50 illiyi münasibətilə Bərdədə keçirilən tədbirdə bəhs edilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə tər gül dəstələri qoyublar.
Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, sənəd və fotoşəkillərlə tanış olublar.
Tədbir Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, müdrik siyasətçinin xilaskarlıq missiyasından, respublikamıza rəhbərlik etdiyi dövrlərdə əldə olunan uğurlardan danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra ölkə həyatının bütün sahələrində yeni inkişaf dövrü başlayıb. Respublikada çoxlu sayda istehsalat müəssisələri açılıb, sosial obyektlər, o cümlədən yaşayış binaları, xəstəxanalar, mədəniyyət ocaqları, məktəblər, uşaq bağçaları və s. inşa olunub. Həmin dövrdə sənaye inkişaf etdirilib, kənd təsərrüfatının yüksəlişi istiqamətində məqsədyönlü işlər görülüb. Aparılan ciddi islahatlar, həyata keçirilən silsilə tədbirlər nəticəsində Azərbaycan inkişaf sürətinə görə SSRİ-də ən qabaqcıl respublikalardan birinə çevrilib.
Fəqət Şadlinskaya Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra əldə olunan nailiyyətlərdən də bəhs edib, dahi rəhbərin siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Tədbirdə vaxtilə Ulu Öndər Heydər Əliyevlə görüşmüş bərdəlilər onunla bağlı xatirələrini bölüşüblər. Sonda Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə YAP Bərdə rayon təşkilatı tərəfindən partiya üzvü olan gənclər arasında keçirilən intellektual oyunun qalibləri mükafatlandırılıblar.
Xəbər lenti
Hamısına baxElanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Sosial
22 İyul 09:41
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55

