Avropa Şurasının insan hüquqları üzrə komissarı Baş Prokurorluqda olub
12.07.2019 [09:49]
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı xanım Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Zakir Qaralov Avropa Şurası ilə əməkdaşlığa böyük önəm verdiyini xüsusi vurğulayaraq, müstəqilliyin bərpasından sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş məqsədyönlü işlər barədə ətraflı məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq islahatlarının uğurla davam etdirildiyini bildirən Baş prokuror müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsi sisteminin formalaşdırılması, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər, eləcə də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülmüş işlər barədə qonaqları məlumatlandırıb.
Xalqımızın ağrılı yeri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olması, bir milyondan artıq qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarından didərgin düşməsini qeyd edən Baş prokuror Ermənistanın işğalına məruz qalmış ərazilərimizdə qondarma “məhkəmələrin” qurulduğunu bildirib, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin doğma torpağında casus adı ilə həbs edilərək əsirlikdə saxlanılmasının insan hüquqlarının pozuntusunun bariz nümunəsi olduğunu Dunya Miyatoviçin diqqətinə çatdırıb.
Ölkəmizlə bağlı xoş təəssüratlarını bildirən xanım Dunya Miyatoviç Avropa Şurasının insan hüquqları üzrə komissarı vəzifəsində Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edib. O, qaçqınların və məcburi köçkünlərin üzləşdikləri çətinliklərin həlli istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb, Avropa İnsan Hüquqları Konvensiyasının müəyyən etdiyi standartlar, eləcə də ölkəmizdə vəkillərin fəaliyyəti ilə bağlı danışıb.
Söhbət zamanı, həmçinin dövlətimizin beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına sadiqliyinin bariz nümunəsi kimi prokurorluq orqanları tərəfindən cinayət işlərinin istintaqı, dövlət ittihamının müdafiəsinin və qanunların icrasına nəzarətin həyata keçirilməsi sahəsində fəaliyyəti zamanı insan hüquq və azadlıqlarının qorunmasının əsas prioritet olması qonağın nəzərinə çatdırılıb.
Görüşdə maraq kəsb edən sahələr üzrə səmərəli fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti vurğulanaraq digər konkret mövzular ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45

