Jurnalistlər ADU-da qış imtahan sessiyasının gedişini izləyiblər
13.06.2019 [09:36]
İyunun 12-də Azərbaycan Dillər Universitetində (ADU) 2018/2019-cu tədris ilinin yaz semestrinin yay imtahan sessiyasını müşahidə etmək məqsədi ilə mediatur təşkil olunub.
Əvvəlcə, Universitetin tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev mediatur iştirakçılarına imtahan prosesi barədə məlumat verib. O bildirib ki, 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə ADU-nun rektoru, akademik Kamal Abdulla tərəfindən müvafiq əmr imzalanıb. Əmrdə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması nəzərdə tutulub. Tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə apelyasiya ərizələrinə baxılması növbəti imtahana qədər təşkil ediləcək. Sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək məqsədilə tələbə təşkilatlarının nümayəndələri, valideynlər imtahan prosesini müşahidə edəcəklər.
Media nümayəndələrinə o da bildirilib ki, sessiya müddətində imtahanların təşkilində və gedişində nöqsanlara və neqativ hallara yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görmək məqsədilə İmtahan Qərargahı fəaliyyət göstərir.
Daha sonra mediatur iştirakçıları ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla ilə görüşüblər. Rektor qonaqlara mediaturda iştirak etdiklərinə görə təşəkkürünü bildirib, media nümayəndələrinin imtahan prosesində iştirakının tələbələr üçün də yaddaqalan olacağına əminliyini ifadə edib. İmtahan sessiyasının təşkilində həyata keçirilən yeniliklərdən danışan universitet rəhbəri imtahanlara ayrılmış vaxtın 3 saata qədər artırılması, tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə apelyasiya ərizələrinə baxılmasının növbəti imtahana qədər təşkil olunması, hər bir imtahan otağında tələbələrə yardım məqsədi ilə lüğət və proqramın qoyulduğunu diqqətə çatdırıb. Rektor əlavə edib ki, universitetin tələbə və müəllimləri Azərbaycanın müxtəlif rayon və şəhərlərində, qaçqın məktəblərində pedaqoji təcrübədə yaxından iştirak edirlər və bu, ənənə şəklini alıb. ADU-nun rəhbəri tələbələrin təcrübəsinin bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu deyib.
Rektor daha sonra universitetin tədris prosesi və beynəlxalq əlaqələri, ali təhsil müəssisəsində fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyaları, tədris olunan dillər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, media mənsubları ilə universitet arasında əməkdaşlığın əhəmiyyətindən söz açıb, bu əlaqələrin davamlı olmasının vacibliyini vurğulayıb. Rektor KİV nümayəndələrini maraqlandıran sualları cavablandırıb.
Sonda müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şərait yaradıldığını bildiriblər.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

