Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və nümayəndələri ilə görüş olub
23.05.2019 [09:39]
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvləri ölkəmizdə fəaliyyət göstərən dini icmaların rəhbərləri və nümayəndələri ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, İctimai Birliyin İdarə Heyətinin sədri Tural Gəncəliyev dünyada baş verən xoşagəlməz hadisələrin fonunda Azərbaycandakı sabitlikdən, multikultural və tolerant mühitdən danışıb.
İcma rəhbəri Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ağır nəticələrindən söhbət açıb. Bildirib ki, hələ işğaldan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətində müxtəlif dini icmaların nümayəndələri mehriban şəkildə yaşayıblar. “Ermənilər 1992-ci ildə Şuşa şəhərini işğal etdikdən sonra oradakı rus-pravoslav kilsəsini erməni kilsəsinə çeviriblər. Digər tərəfdən, onlar Şuşadakı tarixi “Mamayi” məscidindən kilsə kimi istifadə edərək orada dini ayinlər icra edirlər. Bundan əlavə, xristian-katolik kilsələri də erməniləşdirilib. Ermənistan dünyada özünü “birinci xristian ölkəsi” kimi tanıtmağa çalışır. Özünü belə hesab edən ölkəyə məscidləri, kilsələri dağıtmaq yaraşarmı?!”, - deyə T.Gəncəliyev vurğulayıb. İctimai Birliyin sədri qeyd edib ki, Azərbaycan müxtəlif dini icmalara, o cümlədən ermənilərə aid abidələri qoruyub saxladığı halda, ermənilər işğal altında olan ərazilərimizdə xalqımıza aid qədim məscidləri, qəbiristanlıqları, ziyarətgahları dağıdırlar. O, dini icma rəhbərlərini ermənilərin bu vandalizm aktlarına səssiz qalmamağa çağırıb.
Rus Pravoslav Kilsəsi Bakı və Xəzəryanı Yeparxiyasının nümayəndəsi Konstantin Pominov Qarabağın Azərbaycan torpağı olduğunu, ermənilərin ərazi iddialarının əsasının olmadığını bildirib.
Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının keşişi Jozef Marek Azərbaycanı müxtəlif dini icmaların birgə və mehriban yaşadıqları ölkə kimi xarakterizə edib. O, ermənilərin Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktını pisləyib, dini məbədlərə hər hansı müdaxilənin yolverilməz olduğunu vurğulayıb.
Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili isə ermənilərin dini məbədləri özününküləşdirmək istəyindən söz açıb. O qeyd edib ki, ermənilər hər zaman dini-mədəni ibadətgahların mahiyyətini dəyişməyə cəhd ediblər.
Görüş müzakirələrlə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

