Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
16.05.2019 [09:34]
Məhkəmə-Hüquq Şurasının (MHŞ) iclası keçirilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, iclasda məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında dövlətimizin başçısı İlham Əliyevin 2019-cu il 3 aprel tarixli Fərmanı üzrə görülən işlər müzakirə edilib.
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən tədbirdə bildirilib ki, Fərmanın icrasından irəli gələn məsələlər dərhal bütün apellyasiya məhkəmələri sədrlərinin, hakim assosiasiyaları rəhbərlərinin, vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə Şurada geniş müzakirə edilərək kompleks tədbirlər müəyyən olunub.
Qarşıya qoyulmuş məsələlərin icrasının təşkili məqsədilə Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə və Baş Prokurorluğun məsul vəzifəli şəxslərindən ibarət xüsusi işçi qrupu yaradılıb. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, sahibkarlığın inkişafının sürətlənməsi, məhkəmələrə müraciət imkanının asanlaşması, “Elektron məhkəmə” informasiya sisteminin tam tətbiqi üzrə vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə geniş və silsilə ictimai müzakirələr keçirilib, televiziya və digər kütləvi informasiya vasitələrində yüzlərlə çıxışlar edilib.
Həmçinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə mütərəqqi beynəlxalq təcrübələrin öyrənilməsi məqsədilə xarici dövlətlərə ezamlar təşkil edilib, birgə işçi qrupu tərəfindən bu sahədə bir sıra mühüm qanunvericilik layihələri hazırlanıb.
İclasda hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə Şurada “qaynar xətt”in yaradılması, zəruri layihələrin hazırlanması vurğulanıb. Qeyd edilib ki, məhkəmələrdə monitorinqlər keçirilərək qeyri-prosessual münasibətlərə şərait yaradan və vətəndaşların haqlı narazılığını doğuran pozuntular yerində dərhal aradan qaldırılıb, daha kobud nöqsanlara yol vermiş iki hakim barədə intizam icraatı başlanılıb.
Eyni zamanda, iclasda Fərmandan irəli gələn məsələlər üzrə əlavə tədbirlər müəyyən olunub, təcrübəli hakimlərin və “ASAN xidmət”lə əməkdaşlıq çərçivəsində könüllülərin Şuranın fəaliyyətinə cəlb olunması təqdir edilib.
Şurada qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilib, o cümlədən Tərtər Rayon Məhkəməsinin hakimi Mübariz Məmmədovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Quba Rayon Məhkəməsinin hakimi Zamin Tahirovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərarlar qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

