Cocuq Mərcanlı yolunun kənarına Aprel zəfərindən ötən hər gün üçün bir ağac əkilib
05.04.2019 [09:36]
Aprelin 4-də Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə Füzuli rayonunda və Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 2016-cı il Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş tədbirlər keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi sayılan Aprel döyüşlərinin üçüncü ildönümünü qeyd etmək, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə verməkdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təhsil nazirinin müavini Firudin Qurbanov, Müdafiə Nazirliyi mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclisin deputatları, media qurumlarının rəhbərləri, KİV nümayəndələri, hərbçilər, tələbə-könüllülər, şagird və müəllimlər əvvəlcə Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzinə gələrək Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyublar. Sonra Horadiz şəhərində ucaldılmış “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət edilib, şəhidlərin xatirəsi ehtiramla anılıb.
Cocuq Mərcanlıya gedən yolun kənarında vətənpərvərlik musiqisinin sədaları altında Aprel zəfərindən ötən hər gün üçün 1100 ağac əkilib. Ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim olunub.
Sonra tədbir iştirakçıları ön xəttə yollanıb, əsgərlərin xidmət şəraiti ilə tanış olublar. Əsgər və zabitlərlə görüş zamanı təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Milli Ordusunun 2016-cı ilin aprel ayında həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində strateji yüksəkliklər azad edilib, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qələbə qazanılıb.
Firudin Qurbanov Milli Ordumuzun şanlı tarixinə çevrilmiş Aprel döyüşlərinin hər bir vətəndaşda qürur hissi yaratdığını bildirib. Vurğulayıb ki, Aprel zəfərinin ildönümünün hər il qeyd olunması xalqımızın mübarizə ruhunu və yüksək vətənpərvərlik hissini bir daha nümayiş etdirir. O, işğal altındakı digər torpaqlarımızın da işğaldan azad ediləcəyinə əminliyini bildirib.
Əsgərlərlə söhbət zamanı Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev Aprel şəhidlərinin şücaətindən söz açıb. Rasim Əliyev bildirib ki, 2016-cı ilin aprel ayında Azərbaycan Ordusu düşməni tam məğlub etməyə hər zaman hazır olduğunu göstərib. General-mayor Azərbaycan Ordusunun işğal altındakı bütün torpaqlarımızı azad etməyə tam qadir olduğunu vurğulayıb.
Daha sonra təhsil nazirinin müavini Firudin Qurbanov və tədbir iştirakçıları Cəbrayıl rayonunun Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagird və müəllim kollektivi ilə görüşüb. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Məktəbə Təhsil Nazirliyi tərəfindən idman ləvazimatları hədiyyə olunub.
Sonda tədbir iştirakçıları Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüşüb, onlarla birgə nahar ediblər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

