Ədliyyə sahəsində innovasiyalar təqdir olunur
05.03.2019 [09:54]
Azərbaycan Prezidenti İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası çərçivəsində azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinin genişləndirilməsi üzrə ardıcıl tədbirlər görülür. Bu məqsədlə Ədliyyə Nazirliyində Probasiya xidməti yaradılmaqla həmin cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb.
Qısa müddətdə bu sahədə yaranmış müsbət təcrübəmizə maraq göstərilərək digər dövlətlər tərəfindən yerində öyrənilir, probasiya fəaliyyətinin ictimai əhəmiyyəti nəzərə alınaraq geniş təqdimatlar keçirilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda fəaliyyət göstərən qərb dövlətlərinin diplomatik korpusunun nümayəndələri bu sahədə təcrübəmizlə tanış olmaq barədə niyyətlərini bildirərək nazirliyin Probasiya xidmətinə baş çəkiblər.
Keçirilmiş görüşdə dövlətimizin başçısının Sərəncamının icrası üzrə görülən işlər, o cümlədən azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinin genişləndirilməsi, bu sahədə Probasiya xidmətinin elektron monitorinq fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, həmin cəzaların icrasında xarici təcrübə qısa müddətdə öyrənilib, bir çox müxtəlif modellər sınaqdan keçirilib, elektron nəzarət vasitələrinin məhz yerli istehsalı təşkil olunub.
Məhkəmələr tərəfindən alternativ cəzaların tətbiqinə daha çox üstünlük verilməsinin nəticəsidir ki, bir ildən az müddətdə artıq 900-dən çox məhkuma elektron qolbaq tətbiq olunub.
Qonaqlar xidmətin Elektron monitorinq mərkəzinin fasiləsiz fəaliyyəti, elektron qolbağın imkanları və tətbiqi xüsusiyyətləri ilə əyani tanış olub, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında innovasiyaları, bu sahədə məhkəmə praktikasında humanist yanaşmanı yüksək qiymətləndirib, elektron qolbaqların tətbiqi sayının artmasını məmnunluqla qarşılayaraq qısa müddətdə belə inkişafa dünyanın nadir ölkələrində rast gəlindiyini vurğulayıblar.
Müzakirələr zamanı qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb, faydalı fikir mübadiləsi aparılıb.
Tədbirdə, həmçinin qonaqlara ədliyyə sahəsində tətbiq olunan digər innovasiyalar və rəqəmsal texnologiyalar barədə məlumat verilib, notariat hərəkətlərinin asan və çevik aparılması, əhalinin məmnunluğunun təmin olunması üçün məsafədən xidmətlərin göstərilməsinə imkan verən elektron ədliyyə köşkü, səyyar notariat çantası, dünya təcrübəsində rast gəlinməyən və Azərbaycan məhsulu olan bütün notariat fəaliyyətinə dair mobil telefona yüklənən proqram təminatı nümayiş etdirilib.
Ədliyyə sahəsindəki yeniliklərdən heyranlıqlarını ifadə edən diplomatik korpusun nümayəndələri qısa zamanda vətəndaşlara xidmət sahəsində müasir innovativ texnologiyaların tətbiqi üzrə mükəmməl inkişafa nail olunduğunu vurğulayıb, əldə olunan nailiyyətləri təqdir ediblər.
Xəbər lenti
Hamısına baxDin
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16

