Əhməd Yasəvi Universiteti Himayəçilik Şurasının sədri Musa Yıldız TUDİFAK-da olub
22.02.2019 [17:43]
Ölkəmizə səfərə gələn Əhməd Yasəvi Universiteti Himayəçilik Şurasının sədri prof. dr. Musa Yıldız dünən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsində (TUDİFAK) olub. Fakültə ilə tanışlıqdan sonra TUDİFAK-ın dekanı, prof.dr. Hayati Beşirli ilə görüşən qonağa fakültənin yaranma tarixi və fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib.
Öz növbəsində prof. dr. Musa Yıldız Türk Dünyası Araşdırmaları Vəqfinin qurucu başqanı rəhmətlik Turan Yazqan tərəfindən əsası qoyulan bu fakültə ilə tanışlıqdan məmnun olduğunu deyib. Sonra o, prof.dr. Hayati Beşirliyə və fakültənin digər rəhbər şəxslərinə Xoca Əhməd Yasəvinin həyatından, həmçinin türk dünyasından bəhs edən kitablar hədiyyə edib.
Görüşdən sonra fakültənin iclas zalında "Əhməd Yasəvi və Türk dünyası" mövzusunda konfrans keçirilib. Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsindən sonra çıxış edən TUDİFAK-ın dekanı, prof.dr. Hayati Beşirli qonaq barədə müəllim və tələbələrə ətraflı məlumat verib.
Çıxışında bu konfransın Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsinə təsadüf etdiyini də bildirən dekan Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələrinin keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayın hərbçiləri ilə birlikdə Azərbaycanın Xocalı şəhərini yerlə yeksan etdiklərini, 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insan olmaqla, 613 Xocalı sakinini vəhşicəsinə qətlə yetirdiklərini deyib.
Fakültənin müəllim və tələbə heyəti qarşısında çıxış edən prof. dr. Musa Yıldız Əhməd Yasəvinin həyatı, dünyaya baxışı və ardıcılları barədə ətraflı məlumat verib. Bildirilib ki, Türk mədəniyyət tariximizin ən mühüm şəxsiyyətlərindən biri olan Əhməd Yasəvi dövrünün din və mədəniyyət dili olan ərəb və fars dili əvəzinə, ana dili olan türk dilindən istifadə etmiş, türk dilini elm, eşq və ürfan dilinə çevirmişdir. Söhbətlərində və nitq yolu ilə ifadə etdiyi hikmətlərində ana dili olan türk dilindən istifadə edərək geniş kütlələrə təsir göstərən ilk türk mütəsəvvüfü olmuşdur. Bu gün geniş bir coğrafiyada danışılan və yazılan türk dilindən bəhs ediriksə, bunu təmin edən məhz Əhməd Yasəvidir.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

