“Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi” mövzusunda dəyirmi masa təşkil edilib
25.01.2019 [09:55]
Yanvarın 24-də İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin dəstəyi ilə “Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi” mövzusunda dəyirmi masa keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə biliklərin tədrisdəki problemləri və təhsilin innovativ sahibkarlığın inkişafında rolu üzrə müzakirələr aparılıb. Ali məktəblərdə informatika fənni üzrə tədris planlarının keyfiyyətinin artırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, təhsil sahəsinin informasiyalaşdırılması, təhsildə innovativ sahibkarlığın təbliğ olunması və digər mövzular ətrafında çıxışlar dinlənilib.
Ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi, rəqabətqabiliyyətli mütəxəssis hazırlığının təmin olunması, xüsusən də mühəndislik və digər texnoloji ixtisaslara həvəsin artırılması, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabətqabiliyyətli kadrların hazırlanması, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında innovasiyaların yaradılması istiqamətində görülən işlər qeyd olunub.
Dəyirmi masada nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə informasiya-kommunikasiya texnologiyaları sahəsində innovativ sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində ali təhsil müəssisələri ilə birlikdə maarifləndirici tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirildiyini bildirib.
O qeyd edib ki, nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə ali məktəblərdə yaradılan biznes inkubatorların və mərkəzlərin əsas məqsədi gənclərin İKT sahəsinə marağını artırmaq, bu sahədə kütləviliyi təmin etmək, həmçinin gənc sahibkarların innovativ ideyalarının biznesə çevrilməsinə dəstək verməkdən ibarətdir.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva son illər təhsil sisteminin informasiyalaşdırılması istiqamətində əsaslı işlərin görüldüyünü qeyd edib. O, ölkə başçısının müvafiq sərəncamları ilə təhsilin informativ hüquqi bazasının təkmilləşdirildiyini, mobil təminatın hazırlandığını, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətli dərəcədə genişləndirildiyini bildirib. Nazir müavini, informasiya cəmiyyəti inkişaf etdikcə İKT-nin təhsildə tətbiqinin vacib məsələlərdən birinə çevrildiyini vurğulayıb.
Tədbirdə müxtəlif ali təhsil müəssisələrinin əməkdaşları, İKT və təhsil sahəsi üzrə ekspertlər, o cümlədən İKT şirkətlərinin, müvafiq dövlət qurumlarının nümayəndələri təmsil olunub.
Xəbər lenti
Hamısına baxHadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51

