/ / 20 Yanvar hadisələri Azərbaycan xalqının Vətənin müstəqilliyi uğrunda canından keçməyə hazır olduğunu sübut etdi
20 Yanvar hadisələri Azərbaycan xalqının Vətənin müstəqilliyi uğrunda canından keçməyə hazır olduğunu sübut etdi
19.01.2019 [10:14]
Yanvarın 18-də Nəsimi Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təşəbbüsü ilə ölkəmizə gələn Türkiyə şəhidlərinin və veteranlarının övladları da iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 20 Yanvarın Azərbaycan tarixinin qan yaddaşına yazılmış qəhrəmanlıq salnaməsi olduğunu söyləyib. O, şəhidlərimizin qanının hədər yerə axmadığını, həmin qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, qüdrətli Azərbaycanın bünövrəsinin qoyulduğunu, gələcək nəsillərin də onları böyük ehtiramla xatırlayacaqlarını qeyd edib. İcra başçısı sovet qoşunlarının Azərbaycanda dinc əhaliyə qarşı törətdiyi qanlı qırğının bəşəriyyətə qarşı həyata keçirilmiş dəhşətli terror aktı olduğunu qeyd edib. Vurğulayıb ki, 20 Yanvar hadisələrindən dərhal sonra Ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bəyanatla çıxış edərək bu vəhşiliyi kəskin şəkildə pisləyib. 20 Yanvar hadisələrinə Ulu öndər Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra siyasi-hüquqi qiymət verildi, bu tarix Ümumxalq Hüzn Günü elan edildi.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, 1990-cı il yanvarın 20-də baş verənlər insanlığa qarşı törədilmiş terror hadisəsidir. Deputat 20 Yanvar faciəsi zamanı öz konstitusiya hüquqları uğrunda meydanlara axışan Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşiliyin törədildiyini, buna baxmayaraq, xalqımızın öz azadlıq əzmini nümayiş etdirərək müstəqilliyini qazandığını qeyd edib.
Sonra türkiyəli qonaqlardan Kağan Ulu çıxış edərək bildirib ki, 20 Yanvar təkcə Azərbaycan xalqının hüzn günü deyil. Bu, xalqın azadlıq tarixidir. 1990-cı ilin 20 yanvarında tökülən şəhid qanları hesabına bu gün Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Kağan Ulu bir şəhid yaxını olaraq bütün şəhid övladlarının acısını anladığını, eyni zamanda, bununla fəxr etdiyini söyləyib.
Sonra Türkiyənin Azərbaycandakı səfirinin birinci müavini Volkan Öskiper, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Mülazim Pahsa və Kocaeli Şəhər Veteranlar Dərnəyinin sədri Nürəddin Rəcəb çıxış edərək bildiriblər ki, 20 Yanvar Azərbaycan tarixində qanlı səhifə olmaqla yanaşı, xalqın müstəqillik amalına çatdığı bir gündür. Bu qanlı hadisə Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda, bir xalqın qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin müstəqilliyi və azadlığı uğrunda canından keçməyə hazır olduğunu sübut edib.
Daha sonra Əməkdar artist Ağalar Bayramovun və məktəblilərin iştirakı ilə 20 Yanvar faciəsinə dair bədii kompozisiya nümayiş olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33

